"InStat"ın təhlilinə əsasən Topaz Premyer Liqa 21-ci turunun ən yaxşı futbolçusu məlum olub.
Qol.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu, "Zirə"nin yarımmüdafiəçisi Bilal Həmdidir. Fransız futbolçu "Keşlə"yə qarşı görüşdə 90 dəqiqə meydanda olub.
Araşdırmalara əsasən, Bilal Həmdi turun ən yaxşı indeksə malik futbolçusudur.