Axtarış...

Gürcüstanda daha bir deputat koronavirusa yoluxub


MilliTV.az

Gürcüstan parlamentinin daha bir deputatı Gedevan Popxadzenin koronavirusa yoluxduğu təsdiqlənib.

"Report"un yerli bürosu xəbər verir ki, o, ötən gün yüksək temperaturla xəstəxanaya müraciət edib.

Deputatın COVID-19-la bağlı testi pozitiv nəticələnib.

Qeyd edək ki, bundan öncə deputat Levan Qoqiçaişviliyə də koronavirus diaqnozu qoyulub. Hər iki deputat “Bizim Gürcüstan - Həmrəylik Alyansı” Partiyasında təmsil olunur. Siyasi təşkilatın digər liderləri özünütəcrid rejimindədirlər.
Text-to-Speech

DİNLƏ






Şərh yaz