"Son 2-3 həftə ərzində Gürcüstanda koronavirusun təsdiqləndiyi şəxslərin əksəriyyəti yük maşını sürücüləri olub".
"Report"un yerli bürosu xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
O deyib ki, 30-a yaxın sürücünün COVID-19-la bağlı testi pozitiv nəticələnib.
Mərkəz rəhbəri gün ərzində təxminən 400 sürücünün koronavirusla bağlı tibbi yoxlamadan keçirildiyini qeyd edib.