Axtarış...

Onlarda KORONAVİRUS AŞKARLANIB... - SİYAHI

Onlarda KORONAVİRUS AŞKARLANIB... - SİYAHI

Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılmasından sonra koronavirusa yoluxanların sayı hər gün artmaqda davam edir. Bugünə qədər ən çox yoluxma isə 273 nəfərlə dünən qeydə alınıb. Bundan başqa yoluxanlar arasında dövlət qurumları və digər şirkətlərin əməkdaşları da var.
Yeniavaz.com sözügedən şirkətlərin və koronavirusa yoluxan əməkdaşların siyahısını təqdim edir:
Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin altı əməkdaşı koronavirusa yoluxmuşdu. Bu barədə məlumatı İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov təstiq etmişdi. Onun sözlərinə görə, koronovirusa yoluxanlar 50-65 yaş arası şəxslər olub.
Əməkdaşları koronavirusa yoluxan bir digər şirkət Sumqayıt Telekommunikasiya Qovşağıdır. Məlumatı şirkətin rəisi Nəriman Salmanov təsdiq edərək, iki nəfərdə virusun aşkarlandığını qeyd edib.
Bundan başqa TƏBİB-in rəsmi məlumatına görə, Bakı Tikiş Evi, “Baku Steel Company” və Ədliyyə Nazirliyinin müvafiq strukturlarında da yoluxma qeydə alınıb.
Bakı Tikiş Evi - 64 nəfər;
“Baku Steel Company” - 48 nəfər;
Ədliyyə Nazirliyinin müvafiq strukturlarında - 46 nəfər koronavirusa yoluxub.
Bakının məşhur gözəllik salonlarından biri “Orxideya” Beauty Studionun Xalqlar Dostluğu filialında da yoluxma aşkarlanıb. Belə ki, məlumatı “Orxideya” Beauty Studiodan təsdiqləyiblər və üç əməkdaşında koronavirus aşkarlandığı bildirilib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz