Türkiyənin “Beşiktaş” klubunda 8 nəfərin yeni növ koronavirusa yoluxduğu açıqlanıb.
Millitv.az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb. Dünən klubun bütün əməkdaşları və futbolçular koronavirus testindən keçiriliblər. Bunlardan 8-nin testi pozitiv çıxıb. Onların vəziyyətinin normal olduğu və həkim nəzarətində olduqları qeyd edilib.
Qeyd edək ki, bundan öncə "Fənərbağça" və "Ərzurumspor" klublarının da əməkdaşlarında virus aşkarlanmışdı.
Mənbə: Ntvspor.net