Bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin xüsusi əməliyyatı zamanı Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov saxlanıldığı məlum oldu. Onunla yanaşı eyni zamanda RİH-in daha bir neçə yetkilisinin də qollarına qandal vuruldu. DİA.AZ olaraq xatırladırıq ki, belə məmur həbslərinin davamlı olacağını öncədən də vurğulamışdıq.
Redaksiyamıza daxil olan son informasiyalardan aydın olur ki, bu da son deyil və yenə də nazirlik və ayrı-ayrı icra hakimiyyətlərində anoloji həbslərin keçirilməsi gözlənilir.
Dia.az xatırladır ki, bir neçə gün əvvəl aşağıdakı RİH-lərə rəhbərlik edənlərin hədəfdə olduğunu vurğulamışdıq:
1. Samux;
2. Astara;
3. Ağdaş;
4. Şəmkir;
5. Lerik;
6. Yardımlı;
7. Kürdəmir;
8. Qəbələ;
9. Quba;
10. Füzuli;
11. Ağcabədi;
12. Masallı;
13. Gədəbəy;
14. Goranboy;
15. Göyçay;
16. Cəlilabad.
Yəni ola bilər ki, yuxarıdakə rayonların birinin və yaxud da bir neçəsinin də eyni qaydada qollarına qandal vurulsun. Bu barədə DİA.AZ-a danışan mənbə iddia edir ki, yaxın günlərdə prosesin növbətisinin şahidi olacağıq. Mənbənin dedikləri:
"Eyni zamanda DGK kimi qurumlarda və nazirliklərdə də "tədbirlər" keçirilə bilər".
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...