Axtarış...

Şəmkirin icra başçısı sahibkara qarşı SAVAŞ AÇIB



Şəmkirin icra başçısı Alimpaşa Məmmədov Şəmkir Şampan Şərabları ASC-nin direktoru Hafiz İbrahimovu məhkəməyə verib.
Ovqat.com-a məlumatı Hafiz İbrahimov verib.

Onun bildirdiyinə görə, proses birisi gün Şəmkir rayon Məhkəməsində baş tutacaq.

Maraqlıdır ki, Hafiz İbrahimov Bakıda qeydiyyatdadır və məhkəmə predmeti olan əməli də öz evində “törədib”.Elədirsə, Alimpaşa İbrahimov niyə onu Bakıda deyil, özünün rəhbərlik etdiyi rayonda məhkəməyə verib? Yoxsa, o, öz rayonundakı məhkəməyə sözünin daha çox keçəcəyindən arxayındır? Qanunvericiliyə görə isə, bu, yolverilməzdir. Görəsən, Şəmkir rayon məhkəməsi bu barədə nə düşünəcək? Sualın cavabını, yəqin ki, aprelin 23-də öyrənəcəyik.

Hələlik isə bildiyimiz odur ki, Alimpaşa Məmmədov iş adamını bir məsləhətinə görə məhkəməyə verib. İş adamı həmin məsləhətini facebookda paylaşmış, Ovqat.com isə onu yayımlamışdı.

Həmin statusun nə dərəcədə “cinayət əməli” olduğunu müəyyənləşdirə bilmək üçün yenidən dərc edib Siz dəyərli oxucuların müzakirəsinə buraxırıq:

“Cənab Prezident ilkin mərhələdə vətəndaşlarımıza dəstək ücün Ehtiyat Fondundan bir milyard manat vəsait ayrılması haqqında göstəriş verdi. O, həmcinin bir illik əmək haqqını karonavirusla mübarizə fonduna kecirdi. Birinci vitse-prezident Mehriban xanım da bu təşəbbüsə qoşuldu. O da bir illik əmək haqqını Fonda bagışladı. Sözügedən təşəbbüsə bir cox iş adamları və icra strukturları qoşularaq karanovirusa qarşı 100 milyondan cox yardım etdilər. Amma görünən budur ki, Şəmkir kimi imkanlı rayonun icra hakimiyyəti bu yardımdan kənarda dayanıb”.
Ovqat.com xəbər verir ki, bu tənqidi fikri Şəmkir Şampan Şərabları ASC-nin direktoru Hafiz İbrahimov irəli sürüb.

Əl öpmək azdır, cənab Alimpaşa müəllim, əli cibə salmaq lazımdır

İş adamı bu gün öz facebook səhifəsində paylaşdığı statusunda bir şəmkirli kimi Alimpaşa müəllimin “xəsisliyindən” xəcalət çəkdiyini ifadə edərək yazıb: “…hesab edirik ki, İcra Hakimiyyətinin başcısı Alimpaşa Məmmədov yardım işlərində daha fəal olmalıydı”.
Hafiz İbrahimov statusunda Alimpaşa Məmmədova yardım edəcəyi vəsaitin mənbəyini də göstərib:
“Hansı mənbələr həsabına yardım edə biləcəyini də cənab başcı Alimpaşa Məmmədovun diqqətinə catdırmagı özümüzə borc bilirik:
Şəmkir cayının qarşısında iki milyon manata tikdirdiyi Qızıl Balıq Yetişdirmə Zavodundan;
Şəmkir bələdiyyələrinin adına götürdüyü 38 milyon kreditdən;
Rayon Sovetinin dördmərtəbəli binasının yerini satdığı bir milyon manatdan;
Uşaq xəstəxanasının beş hektara yaxın yerini satdığı 4.5 milyon manadan;

S. Vurgun kücəsində Prezidentin göstərişi ilə vətəndaşların mənzil şəraitinin yaxşılaşdırlması məqsədi ilə qəzalı olan ikimərtəbəli binanın sakinləri yeni mənzillərə köcürülündən sonra binanın yerini satdığı 230 min manatdan;
Yenə Cənab Prezidentin Sərəncamıyla vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq ücün üc qəzalı vəziyyətdə olan binanın sakinləri yeni təmir olunmuş mənzillərlə təmin olunmuşdu. Şəmkir icra başcısı və bandası 60 sota yaxın ərazini sotu 10 mindən satdığı vəsaitdən;
İcra Hakimiyyətinin həyətinin bir hissəsini yaxınlıqdakı restorana kabinetlər tikilməsi ücün satdığı vəsaitdən;
Morul arxının kənarını bütövlükdə qanunsuz olaraq-ayrı ayrı iş adamlarına obyekt yeri kimi satdığı vəsaitlərdən”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz