Axtarış...

İcra başçıları üçün ÇƏTİN DÖNƏM - 2 rayonun rəhbərinin yolu açıqdır

İcra başçıları üçün ÇƏTİN DÖNƏM - 2 rayonun rəhbərinin yolu açıqdır

"Əslində, bir sıra rayon icra hakimiyyəti başçıalrının dəyişdirilməsi prosesi son prezident seçkilərindən bir neçə gün sonraya nəzərdə tutulmuşdu. Amma sonradan bu prosesin başlanması oktyabr ayına qədər ertələndi". Bu barədə DİA.AZ-ı məlumatlandıran bilgili qaynaq iddia edir ki, 1 oktyabr 2018-ci il tarixindən etibarən RİH rəhbərləri üşün yeni dönəm başlayır.

Mənbə bildirir ki, məsələn, keçmiş Vergilər Naziri Fazil Məmmədova yaxın olan icra başçıları elə Xaləddin İsgəndərovun ardından görəvlərindən uzaqlaşdırılacaqdı: "Amma Fazil Məmmədovun səhhətində yaranmış problem bir növ ona qarşı kəskin addımların ertələnməsinə nədən oldu. Nəticədə Alimpaşa Məmmədov və Rəcəb Babaşov kimi icra başçıları müəyyən dönəmlik vaxt qazanmış oldular". Mənbə dia.az-a bildirir ki, amma oktyabr ayından hər iki rayonda - Şəmkir və Qazaxda rəhbərdəyişiklikləri baş tutacaq.

Məlumatlardan o da aydın olur ki, onlarla rayon rəhbərlərinin dəyişdirilməsi zamanı müəyyən addımların atılması, fərqli siyasətin həyata keçirilməsi də gözləniləndir.

Mənbə onu da bildirir ki, həmin RİH rəhbərlərini isə daha çox biznesi olan şəxslər əvəzləyə bilər: "Belə bir plan var ki, iri biznes adamları həm də RİH rəhbəri postuna gətirilsin. Bu barədə hələlik yekun qərar yoxdur, yalnız müzakirələr aparılır". DİA.AZ
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz