İmişlidə xidmət rəisi Qəhrəmanov Şəkər zavodla əlbir olaraq fermerə məxsus torpağı qanunsuzluqla ələ keçirdi - Sensasion VİDEO
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
İmişlidə Şəkər zavodu və Bitki mühafizə xidmətinin rəisi fermerin istifadəsində olan torpaq sahələrini qanunsuz yollarla ələ keçirərək çuğundur əkib.
Bu barədə Avropa.info-ya video müraciətdə fermer Əhmədov Elçin deyib.
"Mən Əhmədov Elçin "Azad-MTK" fermer təsərrüfatının direktoruyam. Qarşılaşdığım problemlərdən sizin də xəbərdar olmanızı istərdim. Mən təsərrüfatımı inkişaf etdirmək məqsədi ilə İmişli rayon Kurmahmudlu kənd sakini Əhmədov Vahid Xanhüseyn oğluna məxsus olan 20 hektar torpaq sahəsini 01.08.2020-ci il tarixində icarəyə götürdüm.
Həmin ilin fevral ayında icarəyə götürdüyüm 20 hektar torpaq sahəsini yonca əkmək məqsədi ilə şumlatdırdım. Mart ayında həmin torpaq sahəsini əkib - becərməyi planlaşdırdığım halda dünyanı və Azərbaycanı bürümüş pandemiya(covid19) səbəbindən rayona gedə bilmədim . Nəticədə həmin torpaq sahəsini əkib- becərə bilməmişəm. Hamıya məlum olduğu kimi 06.01 .2020 -ci il tarixində karantin qaydalarının yumşaldılması nəticəsində rayona getdim və xoşagəlməz hadisələr ilə rastlaşdım. Hansı ki, İmişli rayon şəkər zavodu rəhbərliyi ilə İmişli Bitki mühafizə xidmətinin rəisi Qəhrəmanov Qəhrəman birləşərək icarəyə götürdüyüm torpaq sahəsini zəbt etmişdir. Halbuki, mən payız aylarında həmin torpaq sahəsində yonca əməyi planlaşdırdığım halda ciddi problemlər ilə qarşılaşdım. Mənim inkşaf etdirmək istədiyim torpaq sahəsinə çox ciddi ziyan dəymişdir və mən öz haqqımı sonuna qədər tələb edəcəm.