Axtarış...

Daha bir məmur karantində qızına nişan etdiyi üçün cəzalandırıldı - AÇIQLAMA

Daha bir məmur karantində qızına nişan etdiyi üçün cəzalandırıldı - AÇIQLAMA


Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova qızı Mehparə Əzizovaya karantin zamanı nişan etdiyi üçün cəzalandırılıb.

Bu barədə Oxu.Az-a Mətanət Misirxanova özü məlumat verib.

O qeyd edib ki, sözügedən məclis 23 may 2020-ci ildə keçirilib:

“Nişan mərasimi öz evimdə, yalnız ailə üzvlərimizin iştirakı ilə keçirilib. Məclisdə ailədən kənar heç kim olmayıb.

Nişanda qız və oğlan evi birgə 18 nəfər olub. Karantin qaydalarını pozduğuma görə haqqımda Ağdam Rayon Polis Şöbəsi tərəfindən inzibati protokol tərtib edilib”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz