“Bu gün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Kamil Zeynallı 10 sutkalıq həbs olundu”.
Bunu Oxu.Az-a fitnes məşqçisi, karantin dövründə insanlara maddi yardım edən Kamil Zeynallının köməkçisi Rasim Qarayev deyib.
O, Kamilin həbs olunmasını bu cür izah edib:
“Karantin qaydalarını pozduğu üçün həbs olunub. Əvvəl Ucara, 5-6 gün əvvəl isə Füzuli rayonuna maddi yardım paylamağa getmişdi. Bakı sakinlərinə rayonlara getməyə icazə verilmədiyindən, karantin qaydalarını pozduğu deyildi”.
Səbuhi Musayev
19:14
İdmançı Kamil Zeynallı həbs edilib.
Bu barədə onun “İnstagram” hesabında köməkçisi tərəfindən paylaşım edilib.
Paylaşımda qeyd edilib ki, K.Zeynallı karantin qaydalarını pozduğu üçün 10 sutka inzibati qaydada həbs edilib.