Axtarış...

11-ci sinif şagirdlərindən çoxu heç məktəbin yolunu belə tanımır... - Ağdam təhsilində biabırçı mənzərə...

11-ci sinif şagirdlərindən çoxu heç məktəbin yolunu belə tanımır... - Ağdam təhsilində biabırçı mənzərə...Jurnalist Etibar Toğrulun Ağdam rayon Təhsil Şöbəsi müdiri Mətanət Misirxanovanın fəaliyyəti barədə araşdırmaları ortaya dəhşətli gerçəkləri çıxarıb. Ağdam məktəblərində qanunsuzluqların miqyası o dərəcədə genişdir ki, bir yazıya sığışdırmaq olmur. Ona görə də növbəti faktları təqdim edirik.

E.Toğrul əvvəlcə suallar edib: “Ağdam rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın Təhsil Nazirliyindəki “qorxma-qorxma” deyən day-dayısı kimdir? Həmin day-dayısına Mətanət xanımın hədiyyə etdiyi avtomobilin markası nədir?

Təhsil Şöbəsi Meto Kobinetin müdiri Əhməd Rüstəmovun üç ildə neçə dəfə guya Bakıya “ezam olunub” və onun adına neçə manat ezam pulu yazılıb? Bu rəqəm məni şok etdi, sizləri də şok edəcəyinə əminəm.

Bu, bizim Əhməd əkə nədən son günlər narahatdır? Niyə bu qədər pərt vəziyyətdədir? Əhməd əkənin oğlu Sərdar Rüstəmovun adı 2014-cu ildə korrupsiya işində nə səbəbdən hallanıb?

Mətanət Misirxanova ilə Əhməd Rüstəmov yaxın qohum olduqları halda rəhbər şəxslər kimi necə bir yerdə işləyirlər?

Onları hansı gözə görünməz qüvvə qoruyur? Bir binada bir neçə Ağdam məktəbi yerləşdiyi halda dövlət vəsaiti necə talan edilir?!”

Lakin suallara Ağdam RTŞ tərəfindən cavab verilməyib. E.Toğrul M.Misirxanova barədə yazır ki, mayın 29-30 günlərində Ağdam ərazisində yerləşən bəzi məktəb direktorlarından pul yığıb və Bakıya çıxıb:

“Dünən isə səhər saatlarında Təhsil Nazirliyindəki sizi hesaba oturdan həmin day-dayınızı "görüb" və ondan narahat olma sözünü eşitmisiniz.

Ağdam rayonunun Əfətli, Həsənxanlı, Hacıturalı, Hacıməmmədli, Evoğlu, Qaradağlı, Rzalar və Əhmədağalı kənd tam (bu tam sözü də ayrıca bəzək verir ey bu məktəblərə) orta məktəblərinin direktorlarının fərasətlərini qələmə almışdıq.

Demək olar ki, hamısında problem eynidir. Formal xarakter daşıyan 10-11-ci siniflər...

orta məktəblərinin direktorlarının mahərətləri sayəsində məktəbin 10-11-ci sinif şagirdlərinin bir neçəsi Bakıda, Mingəçevirdə və digər şəhərlərdə yaşadıqları halda adlarının həmin məktəblərin sinif jurnallarında gedir.

Müxtəlif hazırlıq kurslarına gedərək ali məktəbə hazırlaşıb tələbə adını qazanan şagirdlərin uğurları Ağdam məktəblərının uğuru kimi təqdim olunur.

Bu dəfə isə rayonun Rzalar kənd orta məktəbinin direktorunun fərasətindən söhbət açacarıq. Məktəbin direktoru Filma Quliyeva da qonşu məktəb direktorlarından heç də geri qalmir.

O da, ən yaxşı qazans növü olan 10-11-ci siniflərdə şagird pripiskası üsulundan çox məharətlə istifadə edir.

11-ci sinifin şagirdlərindən çoxu heç Rzalar məktəbinin yolunu belə tanımır. Məktəbi isə demək olar ki, direktor özəlləşdirib.

Həyat yoldaşı, oğlu və digər yaxın qohumları məktəbin texniki işçilərıdi. Məktəb sanki ailə təsərrüfatına bənzəyir.

Onu da qeyd edim ki, direktorun həyat yoldaşı da, oğlu da dövlətimizin siyasətinin əksinə xidmət edən AXCP-nin üzvləridirlər.

Etdiyi qanunsuz hərəkətlərdən söz düşəndə Filma Quliyeva rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova güvəndiyini qeyd edir.

Ötən yazımızda rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın Məzahir Əliyev adlı əlində iki məktəb saxlayan, yaşdı bir şəxsdən qorxduğunu qeyd etmişdik.

Hətta onu da qeyd etmişdik ki, Təhsil Şöbəsinin qorxduğu tək Məzahir Əliyev deyil, başqa məktəb direktorları da var və vədd vermişdik ki, növbəti araşdirma yazılarımızda bunları da qeyd edəcəyik.

Bu məktəb direktorlarından biri də Əhmədağalı kənd orta məktəbinin direktoru Aygün Məhərovadir.

Bu Aygün Məhərova vaxtı ilə Quzanlı qəsəbəsində uşaq baxçasının müdiri işinin öhdəsindən gəlmədiyi üçün vəzifəsindən azad olunub.

Bir müddətdən sonra isə Əhmədağalı kənd orta məktəbinə təlim-tərbiyyə üzrə direktor müavini təyin edilir.

Təlim, tərbiyyəsi çox yüksək olan bu xanım o zaman həmin məktəbin direktoru olan atası yaşda Fazil müəllimə əl qaldırır və məktəbdə böyük bir qalmaqal yaranır.

Az keçmirki Fazil müəllim məktəb direktorluğundan azad edilir və onun yerinə Aygün Məhərova təyin edilir.

Öz gücünü keçmiş direktorunun üzərində bir dəfə sınayan Aygün Məhərova bu dəfə isə rayon Təhsil Şöbəsinin müdir müavini sakit təbiətli insan olan Raqub müəllimin üzərində gücünü sınayib. Buna görə isə, Aygün Məhərovaya heç bir cəza verilmədi.

Hal-hazırda isə Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın ən çox qorxduğu direktorlardan biri də həmin bu qoldan güclü Aygün Məhərovadır.

Hər zaman iti addimlarla Təhsil Şöbəsinə gələn Aygün Məhərova növbədən kənar müdirin kabinetinə girib istədiyi sənədləri imzaladır. Hətta baş mühasib Valeh Kərimov da onun bir sözünü iki eləmir.

Hansı sənədi gətirsə, lap qanunsuz olsa belə, Valeh Kərimovun bir-başa tabe olduğu 10 saylı Ərazi Maliyyə Hesablamaları Mərkəzinin rəisi Malik Vəliyevin tapşırıqlarına zidd olsa belə Aygün Məhərovanın xeyrinə sənədlərə imza atır.

Çünki həm Təhsil Şöbəsinin müdiri, həm də baş mühasib Aygün Məhərovanın qolunun gücünə və danışıq leksionuna yaxşı bələddilər.
Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova daha hansı məktəb direktorlarından qorxur?”

P.S.Mövzunu diqqətdə saxlayacağıq. \\hurriyyet.org\\
Text-to-Speech

DİNLƏ






Şərh yaz