Axtarış...

İrəvanda 1223 ton təhlükəli maddə - ŞOK AÇIQLAMA


MilliTV.az

“Ermənistan təkcə terrorçu-nasist ideologiyası və ərazi iddiaları ilə təhlükə mənbəyi deyil. Metsamor AES-lə bağlı vəziyyət məlumdur. Lakin bölgəni ekoloji fəlakətə sürükləmək üçün başqa təhlükə mənbələri də var”.
Bunu Mətbuat.az-a açıqlamasında AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.
O qeyd edib ki, belə müəssisələrdən biri də İrəvan şəhərində yerləşən “Nairit” Sintetik Kauçuk Zavodunun anbarıdır.

İrəvanda 1223 ton təhlükəli maddə - ŞOK AÇIQLAMA


''İrəvan şəhərinin Şengavit rayonunda yerləşən "Nairit" sintetik kauçuk zavodu 1936-cı ildə fəaliyyətə başlayıb. SSRİ dövründə Sovet Ermənistanının iqtisadiyyatının və sənayesinin minlərlə insanı işlə təmin edən və ölkənin gəlirinin 40%-ni təmin edən əsas müəssisəsi hesab edilirdi. 1991-ci ildən sonrakı illərdə zavodun avadanlıqlarının köhnəlməsi, xlorepen rezin istehsalının ətraf mühitə zəhərli maddələr yayması, zavodun qalmaqallı maliyyə və siyasi sövdələşmələrə cəlb edilməsi onun işinin xeyli zəifləməsinə səbəb olmuşdu. Şəhər mərkəzindən 7 km məsafədə yerləşən zavodun ərazisi 160 hektardan çoxdur.


2018-ci ilə olan məlumatlarda zavodda 10 növ zəhərli maddələr və kimyəvi tullantılar saxlanıldığı bildirilirdi. Bu isə nəinki İrəvan şəhərinin, ümumilikdə, bölgənin ekoloji vəziyyətini təhdid edir. E.Kəlbizadə deyir ki, zavodda 1990-cı il aprelin 14-də, 1996-cı il mayın 14-də, 2006-cı ilin sentyabr, noyabr və dekabr aylarında, 2009-cu ilin mayın 14-də, 2017-ci il avqustun 28-də baş verən qəzalar ətraf mühitə kifayət qədər ciddi ziyan vurmuşdur. 28 avqust 2017-ci ildə baş verən qəza zamanı zavodun laklı etanol anbarında yanğınla nəticələnən partlayış baş vermiş və saatlarla yanğının qarşısı alına bilməmişdir. Hələ o zaman Ermənistan Fövqəladə Hallar Nazirliyinin açıqladığı məlumatlarda göstərilirdi ki, İrəvan şəhərindəki zavodun anbarındakı 1223 ton təhlükəli maddə ən böyük təhlükə mənbəyidir.''

Qeyd edək ki, Dünya Bankının 2015-ci ilin iyun ayından etibarən zavodun fəaliyyətinə dair hesabatına görə, “Nairit” Kimya və Sintetik Kauçuk Zavodunun yenidən fəaliyyətinə davam etməsi uyğun deyil, çünki zavodun istehsalının mümkün maya dəyərinin xloropren rezininin bazar qiymətindən çox olacağı hesab olunur və bu da onu rəqabətə davamsız edir. Hesablamalara görə, zavodda 2010-cu ilin mart ayında əsas məhsulu olan sintetik kauçuk istehsalı dayandırılana qədər 2300 nəfər işləyirdi. Zavodun ekoloji təhlükəliliyi və rentabelli olmaması 2016-cı ildə onun müflis elan edilməsi ilə nəticələnsə də, hələlik burada istehsal fəaliyyəti tam dayandırılmamışdır. Hal-hazırda, tullantıların atılması və digər obyektlərin mühafizəsi üçün burada 250 nəfər işləyir.



2020-ci ilin fevralında Ermənistan zavodun fəaliyyətinin bərpası və yenidən qurulması ilə bağlı xarici ölkələrdən bir şirkətin maraq göstərdiyinə dair məlumat yaymışdı. Həmin şirkət isə 2018-ci ildən etibarən ABŞ tərəfindən qara siyahıya salınmış müəssisələrdən biri olmuşdur.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz