Axtarış...

Xırdalanda internet niyə yoxdur? - KARANTIN GÜNLƏRİNİN "KORONAVİRUSLARI"



Azərbaycanda internet xidmətlərinin bərbad olması barədə dəfələrlə deyilib, yazılıb. Bu işə rabitə xidməti göstərən şirkətləri də əlavə edəndə vəziyyət daha dözülməz olur. Ölkədə rabitə xidmətlərinin inkişafı ilə bağlı fikirlərin reallıqdan nə qədər uzaq olduğunun şahidi olursan.

İndiyədək rabitə şirkətləri ilə internet provayderləri arasında gedən çəkişmələrin müştəriyə nə qədər başağrısı verdiyinin əyani şahidi olmuşuq. Məsələn, internetdə problem olur, zəng vurursan ATS-ə deyir ki, provayderlikdir, provayderə zəng vurursan günahı atır ATS-in üzərində. Nəticədə ortada müştəri qalır. Ancaq bu dəfə üzləşdiyim hadisə nəsə yeni bir fırıldaqdır. Burda söhbət rabitə şirkəti ilə internet provayderin birləşib müştərinin başına oyun açmasında gedir.

Əvvəlki statuslarımda BakuHotSpot adlı provayderin başımıza açdığı oyun və qanunsuz sahibkarlıq fəaliyyəti barədə yazmışdım. Provayder 10 gün məni internetsiz qoyduqdan sonra nəhayət ki başqa provayderin internet xidmətinə qoşulmaq məcburiyyətində qaldım. Təəssüf ki, sevincimiz uzun çəkmədi. Bu dəfə telefon rabitəsi xidməti kəsildi. Problemin həlli məqsədilə rabitə xidməti göstərən “TransAvroKom” şirkətinə zəng vurduqda ölkədə şirkətlərin hələ də şirkət-müştəri münasibətlərindən nə qədər bixəbər olduqlarının, hüquqi münasibətləri qurmaqda maraqlı olmamalarının şahidi oldum. Telefon xəttinin düzəlməsinə verilən vəddən 3 gün keçdikdən sonra nəhayət abunə şöbəsinin müdirinə çıxış əldə edə bildim. Sən demə məni 3 gündür sadəcə yola verirlərmiş və problem tamam başqadır.
gedib çıxdım.

Problemi növbəti dəfə bildirəndən sonra “TransEvroKom” şirkətinin abunə şöbəsinin rəhbəri Şükür Həsənov mənə bildirdi ki, BakuHotSpot şirkəti Xırdalanda onlar üçün xidmət göstərir (??) və ona zəng vurub deməliyəm ki, gəlib telefonu düzəltsin. Adıçəkilən şirkətlə aramda olan münaqişəni Ş.Həsənova xatırladaraq bildirdim ki, “TransEvroKom” şirkəti ilə mənim aramdan ikitərəfli müqavilə imzalanıb və şirkət olaraq sizin məni rabitə xidməti ilə təmin etmək öhdəliyiniz var. Üçüncü bir şirkət niyə bu münasibətlərə müdaxilə etməlidir?
Cavab verdi ki, biz kömək edə bilmərik. Fikrini belə əsaslandırdı ki, onların rabitə xidməti internet üzərindən yayımlanır və internet olmadığı üçün rabitə də olmayacam. Və mənə məsləhət gördü ki, BakuHotSpot şirkətinin internet xidmətini bərpa edim.

Ona izah etdim ki, BakuHotSpot şirkətinin əməkdaşı (həm də deyəsən müdiridir) Eynulla adlı şəxs “mən daha sənə xidmət göstərmirəm” deməklə məni 10 gün internetsiz qoyub. KARANTİN DÖVRÜNDƏ İNTERNETİN HAVA-SU KİMİ LAZIM OLDUĞU bir vaxtda 10 gün (1-10 aprel 2020) internetsiz qaldıqdan sonra məcbur olub KTV şirkətinin internet xidmətinə qoşulmuşam. Eynulla bilə-bilə ki, internet olmasa mən rabitəsiz qalacam, mənə qarşı bu addımı atıb. Qabaqcadan mənə deməəyib ki rabitə və internet bir-birinə bağlıdır. Şükür Həsənovun cavabı bu oldu idi ki, bizlik deyil. Həmin şirkət sənə deməli idi, öz probleminizdir. Bir sözlə danışığımız nəticəsiz bitdi və mən telefon rabitəsiz qaldım.

Məlumat üçün bildirim ki, “TransEvroKom” şirkətinin rəhbəri Qismət İbrahimov adlı şəxdir. Saytda dosyesinə baxıram. Moskva Rabitə və İnformatika Texniki Universitetini bitirib, hətta 1998-ci ildə Beynəlxalq Telekommunikasiya İttifaqının ABŞ-da keçirilən Səlahiyyətli Konfransında Azərbaycanı təmsil edib. Ancaq rəhbərlik etdiyi şirkət müştəriləri aldatmaqla məşğul olur, öz öhdəliklərini yerinə yetirmir. BakuHotSpot adlı şirkətlə birləşib Xırdalanda inhisar yaradaraq digər provayderləri kənarda qoyurlar.

Iqtisadiyyat Nazirliyinin yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti isə sadəcə faciədir. Oranın işçiləri səlhiyyətlərinin nədən ibarət olduğunu hələ də bilmirlər.

Samir Əliyev
İqtisadçı
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz