"İdeal Kompani” MMC-nin hüquqi varisi olan “Adore Kompani”yə qarşı təsisçisi iddia qaldırıb.
Millitv.az bildirir ki, Banker.az saytının xəbərinə görə, “İdeal” ilə “Sabina” parfurmeriya və kosmetika mağazalarının birləşməsindən sonra adını dəyişəeək “Adore Kompani” MMC-ə qarşı İlqar İsmayıl oğlu İsmayılov iddia qaldıraraq mənfəətin iştirakçılar arasında bölüşdürülməsi ilə bağlı təsisçilərin ümumi yığıncağının keçirilməsi öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
“İdeal Kompani”ın keçmiş baş direktoru, həmçinin təsisçisidir İlqar İsmayılov barəsində 2017-ci ildə cinayət işi başlanıb, həbs edilmişdi. O, bu şirkətdə 18 il baş direktor vəzifəsində olub. Azadlığa çıxdıqdan sonra “Premium Bank” (əvvəlki Silk Vey Bank) və şirkətinin hüquqi varisi olan “Adore Kompani”yə qarşı sosial şəbəkədəki imkanlardan istifadə edərək, onun adına qanunsuz kredit müqavilələri bağlandğını iddia etmişdi. Əsas iddiası isə şirkətinin onun əlindən zor və dələduzluqla alındığını iddia etmədir. Lakin, qarşı tərəf “Premuim Bank” və “Adore Kompani” tərəfindən bu iddialara heç bir rekasiya olmayıb.
Şirkət təsisçisi hələ də bu şirkətlə mübahisəsini dayandırmayıb.
Bakı Kommersiya Məhkəməsi hakimi İlqar İsmayılovun iddiasına cavab olaraq, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədiyi üçün iddia ərizəsini geri qaytarıb.