Axtarış...

“Polad Bülbüloğlunu Moskvaya kef çəkməyə, mahnı oxumağa göndərməmişik” - İTTİHAM

“Polad Bülbüloğlunu Moskvaya kef çəkməyə, mahnı oxumağa göndərməmişik” - İTTİHAM


Tovuz hadisələri zamanı Azərbaycan Ordusunun Ermənistana vurduğu sarsıdıcı, ağır zərbələrə görə Rusiyanın səsinin gur çıxmaması çoxlarını təəccübləndirmişdi. Hətta Moskvanın ermənilərdən imtina etdiyi düşüncəsində olanlar da var idi. Ermənistana sözlə deyil, silahla dəstək verdiyi ortaya çıxdı.

Lakin bu dəfə Kreml Azərbaycan hərbi bolmələrinin Tovuzla sərhəddə düşmənin sursat anbarlarını, istehkamlarını, çoxlu sayda texnikasını məhv etdikdən sonra Rusiya ermənilərin boşalmış cəbbəxanasını doldurmağa qərar verdi.

Qanlı döyüşlər bitər-bitməz,düşmən toplarından kəndlərimizə, dinc sakinlərimizə atılan mərmilərin tüstüsü çəkilməmiş Rusiya Qazaxıstan, Türkmənistan və İran üzərindən əsrlərdir himayə etdiyi ermənilərə qısa vaxt ərzində 400 tondan çox hərbi ləvazimat çatdırdı.

Ümumiyyətlə, Qarabağ münaqişəsi başlayandan bu günə qədər Moskva işğalçı dövlətə milyardlarla dollar məbləğində çeşidli silahlar hədiyyə edib.

Hər kəs yaxşı bilir ki, bir qarnı tox, bir qarnı ac yaşayan mənfur qonşularımızın nəinki bahalı raketlər, qırıcı təyyarələr, heç əyinlərinə geyinməyə şalvar, ətək almağa pulları yoxdur.

Vaxtlı-vaxtında pensiyasını, məvacibini ala bilməyən, Qərbin Rusiya hakimiyyətinin aqressiv imperialist siyasətinə görə tətbiq etdiyi sərt sanksiyalarından əziyyət çəkən sadə ruslar buna niyə susurlar? Nəyə görə onlara çatacaq bu milyardların cəllad bir ölkəyə hədiyyə edilməsinə göz yumurlar?

Bizim Rusiya Federasiyasındakı səfirimiz hara baxır?

Onu Moskvaya kef çəkməyə,özünə yubiley konsertləri təşkil edib,mahnı oxumağa göndərməmişik! Heç olmasa, erməni həmkarından nümunə götürsün! 2 milyona yaxın azərbaycanlını bir araya gətirsin.

Diaspor təşkilatlarımıza arxa dursun…

Söz yox ki, Rusiya yenidən Ermənistana böyük həcmdə silah – sursat göndərməklə regionda geopolitik durumu gərginləşdirmək, Cənubi Qafqazdakı dövlətləri gərginlikdə saxlamaq, öz imperiya ambisiyalarını təmin etmək niyyətini güdür.

Yetər artıq!

Minlərlə dinc və günahsız həmvətənlərimiz 30 ildir o silahlardan açılan atəşlə həyatlarını itirmişlər.

1 milyon soydaşımız öz vətənində o silahların sayəsində köçkün, qaçqın həyatı yaşayır. Yetər!..

Prezident Ilham Əliyevin avqustun 12-də rusiyalı həmkarı Putinlə telefon danışığında bu məsələ ətrafında sərt mövqe nümayiş etdirməsini cəmiyyət təqdir edir.

Xalqımız o qənaətdədir ki, bu cür iradəli,qətiyyətli addımlar atılmalıdır.

Torpaqlarımızın qaytarılmasını övladlarımıza, nəvə – nəticələrimizə miras qoya bilmərik!

Ərazi bütövlüyümüzü bərpa etmək üçün bütün vasitə və imkanlara əl atmalıyıq.

Xalqımızın bu məsələdə monolit birliyi var.

Azərbaycan-Türkiyə hərbi birliyinin yaradılması da bu məsələdə həlledici faktor ola bilər.

Bu, hər iki qardaş dövlətin xalqlarının arzusudur.

Türkiyənin Azərbaycanda hərbi bazalarının yaradılması həm bizim,həm qardaşlarımızın mənafelətimizə tam olaraq cavab verir.

Heç kimə taleyimizlə oynamağa yol verməməliyik.

Millət olaraq, dövlət olaraq buna qadirik.

Gücümüz də yetər, ruhumuz da!
Mayis Səfərli
sabiq deputat
pia.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz