Axtarış...

Azərbaycanda qızıl və gümüş bahalaşıb



Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Redaktor.az-ın məlumatına görə, avqustun 5-də qızılın qiyməti avqustun 4-ü ilə müqayisədə 82,391 manat (2,45 faiz) artaraq 1 unsiya üçün 3 439,874 manat təşkil edib.

Gümüş 2,7231 manat (6,56 faiz) bahalaşaraq 1 unsiya üçün 44,182 manata bərabər olub.

Platinin qiyməti 24,055 manat (1,53 faiz) artaraq 1597,15 manat, palladiumun qiyməti 60,86 manat (1,71 faiz) artaraq 3 616,835 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 423,1555 manat (14 faiz) bahalaşıb, gümüş 13,5571 manat (44,3 faiz) bahalaşıb, platin 212,2705 manat (15,3 faiz) bahalaşıb, palladium 368,985 manat (11,4 faiz) bahalaşıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz