Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Millitv.Az Trend-ə istinadən bildirir ki, yanvarın 31-də qızılın qiyməti yanvarın 30-u ilə müqayisədə 9,622 manat artaraq 1 unsiya üçün 2243,3625 manat təşkil edib.
Gümüş 0,1287 manat bahalaşaraq 1 unsiya üçün 27,257 manata bərabər olub.
Platinin qiyməti 0,68 manat azalaraq 1389,24 manat, palladiumun qiyməti isə 27,0045 manat artaraq 2314,3035 manat təşkil edib.