Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.
Millitv.az xəbər verir ki, bu barədə Türkiyə Rabitə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, liderlər telefon söhbətində Türkiyə ilə Rusiya arasında münasibətləri gücləndirəcək addımlardan danışıb. Həmçinin, prezidentlər Azərbaycan-Ermənistan gərginliyini, Suriya və Liviya kimi məsələləri gündəmə gətirib.