Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.
Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, telefon söhbəti zamanı iki ölkə arasındakı məsələlərlə yanaşı, Suriyadakı son vəziyyət müzakirə olunub.
Prezidentlər İdlibdə humanitar fəlakətin qarşısının alınması məsələsində əməkdaşlığın davam etdirilməsinin vacibliyinə toxunub. Dövlət başçıları Türkiyə və ABŞ arasında ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılmasının önəminə diqqət çəkib.