Axtarış...

Ermənistan Rusiyadan silah alınmasına dair tenderin nəticələrini ləğv edib, cinayət işi başlanıb

Ermənistan Rusiyadan silah alınmasına dair tenderin nəticələrini ləğv edib, cinayət işi başlanıbErmənistan Müdafiə Nazirliyinin keçirdiyi və Rusiyanın ORSİS şirkətinin yeganə iştirakçısı olduğu tender dayandırıldığna görə cinayət işi qaldırılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ORSIS şirkətindən məlumat veriblər.

Şirkətin təmsilçisinin sözlərinə görə, Ermənistan 2019-cu ilin may ayında öz tarixi ərzində ilk dəfə tender elan edib və bir neçə milyon dollar həcmində hərbi texnika almaq istəyini açıqlayıb. Müsabiqənin şərtlərinə yalnız Rusiyanın ORSİS şirkəti əməl edə bilib. Lakin gözlənilmədən tender bağlı elan edilib və bu barədə şirkətə heç bir məlumat verilməyib.

Bundan sonra ORSİS-nin maraqlarını müdafiə edən hüquqşünaslara Ermənistan Cinayət Məcəlləsinin “vəzifə səlahiyyətlərinə səhlənkar yanaşma” maddəsi ilə cinayət işi açılması ilə bağlı fəaliyyətə keçmələri tapşırılıb.

Nəticədə Ermənistan CM-nin 376-cı maddəsi (vəzifə səlahiyyətlərinə səhlənkar yanaşma) ilə cinayət işi başlanıb. Şirkət rəsmisinin sözlərinə görə, təmsil etdiyi qurum artıq Ermənistanın Rusiyadakı səfirliyinin hərbi attaşesinə müraciət edərək, silah çatdırılması ilə bağlı yaranan problemə aydınlıq gətirilməsini tələb edib.

ORSİS-dən onu da bildiriblər ki, onlar “Sənaye texnologiyaları” şirkətinə daxil olan qurum kimi illərdir, Ermənistana silah, güllə, optik cihazlar çatdırır. “Bütün xidmətlərimizdən sonra bizim şirkət birdən-birə Ermənistan Müdafiə Nazirliyinin “qara siyahı”sına düşüb ”, - deyə ORSİS təmsilçisi vurğulayıb.

Şirkət nümayəndəsi onu da deyib ki, Ermənistan tərəfi onların zəruri sənədləri təqdim etmədiyini iddia edir: “Lakin bu məlumatlar həqiqətə uyğun deyil. Ermənistan Müdafiə Nazirliyinin son həftələr ərzində tələb etdiyi bütün sənədləri vaxtında təqdim etmişik. Onlar isə bizə bildiriblər ki, guya silahların təhvil verilməsi və alınması ilə bağlı aktları verməmişik. Lakin bunların hamısı əsassızdır. Ermənistanın bizi “qara siyahı”ya salmasının heç bir hüquqi və digər əsası yoxdur”.

Onun sözlərinə görə, Ermənistan MN şirkətdən yüz minlərlə dollar bank zəmanəti cəriməsini ödəməyi də tələb edib: “Biz yalnız bir halda sözügedən cəriməni ödəyə bilərdik, əgər, tenderdə qalib gəldikdən sonra müqaviləni imzalamaqdan imtina etsəydik. Bizsə müqavilə imzalamaqdan imtina etməmişik. Apellyasiya komissiyasına müraciət edib, sənədləri bir daha gözdən keçirmişik. Maraqlıdır ki, Apellyasiya komissiyasının bizə təqdim etdiyi bəzi sənədlər “tam məxfi” qrifti ilə şifrlənib. Lakin tender qapalı olsa da, bu onun məxfiliyi anlamına da gəlmir, odur ki, buna məxfilik donu geyindirmək də yanlışdır”.

Şirkət nümayəndəsi bəyan edib ki, yaranmış vəziyyət Ermənistanda güllə istehsal edəcək zavodun tikilməsi ilə bağlı layihənin taleyini də sual altında qoyur: “Bu müəssisəyə bir neçə milyon ABŞ dolları həcmində sərmayə qoyuluşu nəzərdə tutulurdu”.

Ermənistan Müdafiə Nazirliyi sözügedən məsələ ilə bağlı cinayət işinin başlandığını təsdiq edib. Ermənistan MN-dən bildiriblər ki, istintaq işini yekunlaşdırdıqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz