Axtarış...

“Şaqay” su kanalına qənim kəsilənlər kimlərdir? - GİLEY

“Şaqay” su kanalına qənim kəsilənlər kimlərdir? - GİLEY

Redaksiyamıza şikayət edən Salyan və Cəlilabad rayon sakinləri “Şaqay” su kanalının Salyan rayonu ərazisindən keçən hissəsinə naməlum şəxslər tərəfindən zəhərli maddələr buraxıldığını bildirir.

Moderator.az-a danışan sakinlərin sözlərinə görə bunu ancaq balıq satışıyla məşğul olan şəxslər edir. Onlar balıq tutumaq üçün kanalın qarşısına tor qurur və suya müxtəlif maddələr tökürlər. Bundan sonra isə balıqlar boğulduğu üçün suyun üzünə çıxaraq tora düşürlər.

Sakinlər deyirlər ki, bu cür zəhərlənmədən sonra kanalda balıqların sayı kəskin şəkildə azalıb. Bura tilovla balıq tutmağa gələn insanlar isə buna görə balıq tuta bilmədiklərini deyiblər. Onlar bizdən xahiş ediblər ki, aidiyyatı qurumlar bu cür işbazların əməllərinə son qomaq üçün tədbir görsələr, yaxşı olar. Balıqların kütləvi şəkildə qırılması yolverilməzdir. Bura demək olar ki, balıq tutumaq üçün ölkənin bir çox rayonlarından vətəndaşlar gəlir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz