Milliinfo.azTexnologiya və rəqəmsallaşdırma günlük həyatımızla yanaşı iş proseslərimizi və işləmək vərdişlərimizi də kökdən dəyişməyə başladı. Rəqəmsallaşdırma, iş həyatını dəyişdirərkən gözləntiləri qarşılayacaq insan gücü axtarışını da öz bərabərində getirir. Bu axtarışla birlikdə gələcəkdə adını tez-tez eşidəcəyimiz peşələr yaranacaq. Bəlkə də adlarını ilk dəfə eşidəcəksiniz ancaq sadalanan peşələr gələcəyin populyar peşələri kimi qiymətləndirilir.
Əşyaların İnterneti Təmir Personalı
Həyatı asanlaşdıran texnologiyalar və cihazlar həyatımızın hər sahəsinə daxil olacaq və internet bugünümüzdən daha fərqli bir ekosistem halına gələcəkdir. Həyatımızı bu dərəcədə inteqrasiya edəcək cihazlar xarab olduqda isə gələcəkdə “Şəxsi Əşyaların İnterneti Təmir Personalı” adı verilən mütəxəssislərə ehtiyac yaranacaqdır.
Rəqəmsal Dedektiv
Gələcəkdə rəqəmsal mühitdə məlumat güvənliyi həm şirkətlər üçün, həm də fərdi olaraq artıqlaması ilə əhəmiyyət qazanacaq və bu sahədə mütəxəssisləşmiş işçilərə ehtiyac artacaq. “Rəqəmsal Dedektiv” olaraq da adlandırılmağa başlanan bu peşə grupunda mütəxəssisləşəcək işçilər, rəqəmsal mühitdə məlumatların gizlədilməsi və qorunması barədə həm bizlərə, həm də şirkətlərə xidmət edəcəkdir.
Tullantı Mühəndisi
Dünya əhalisinin artması və tələbatın çoxalması nəticəsində yaranan tullantılar, hal-hazırda ekoloji problemlərdən birinə yol açmışdır. Bu tullantıların səmərəli şəkildə istifadəsi və yaxud yox edilməsi səyləri “Tullantı Mühəndisi” adlı peşənin yaranmasına səbəb olacaq. Massachusetts Texnologiya İnstitu, Cambridge Universiteti və Stanford Universiteti kimi məhşur universitetlər bu sahələrdə proqramlar açacaq, hətta işçi qüvvəsi hazırlamağa dair ilk addımlar atmağa başlamışdır.
Alternativ Enerji Məsləhətçisi
Günəş, külək və hidroelektik enerjiləri alternativ olaraq yaranmış və günümüzdə istifadə edilir. Dünya nüfuzunun sonsuza qədər fosil yanacaqdan istifadə edə bilməyəcəyi elmi həqiqətdir. Bu səbəblə alternativ enerji qaynaqlarından düzgün istifadə barəsində mütəxəssisləşəcək Alternativ Enerji Məsləhətçiləri yaranacaq.
Drone Yönədicisi
İnsansız hava vasitələri olaraq bilinən dronelar son 10 ildir ki, həyatımızdadır. Əyləncə və hobbi məqsədilə istifadəsinə başlanan və populyar olan drone-lar artıq ticari həyatın da əvəzedilməz bir parçasına çevrilməyə davam edir. 2050-ci ilə qədər qlobal təslimatların böyük bölümünü drone-lar vasitəsilə ediləcəyi təsəvvür edilir. Bu ticari təslimatların çatdırılması, yöntəmi, drone-ların texniki baxımı və inkişaf etdirilməsi haqqında gələcəkdə daha çox insan gücünə ehtiyac olacaqdır. Drone Yönədicisi olaraq adlandırılan bu insan gücü, ticari həyatda özünü göstərəcəkdir.