Axtarış...

Viruslu xəstələr kanalizasiyası Kür çayı olan şəhərə aparılacaq… – KORONAVİRUSLU XƏSTƏLƏRİN SAYI DAHA DA ARTA BİLƏR



Ölkə üzrə iyirmi üç müxtəlif tutumlu xəstəxana COVİD-19 virusuna yoluxmuş xəstələrin müalicəsi üçün bağlanıb.
Bu sırada Zərdab şəhər xəstəxanasının adı ən son çəkilənlərdəndir. Bildiyim qədəri ilə xəstəxana xəstə qəbuluna hazır vəziyyətdə saxlanılıb.
Cənablar, bu işin yetkililəri, bilin və agah olun Zərdabın kanalizasiya sistemi yoxdur. Yoluxmuş xəstələrin köşürülməsini nəzərdə tutduğunu Zərdab şəhər xəstəxanasının kanalizasiyası, Zərdabı Gəlmə kəndindən ayıran Qarasu çayına tökülür. Bu çay Kürün xırda qoludur. Və elə Zərdabda Kürə birləşir. Yəni xəstəxanada müalicə olunacaq xəsətələrin kanalizasiyası Kürə axıdılacaq. Etməyin, a kişi, yazıqdır bu millət. İnfeksion xəstələrin müalicəsi ilə məşğul olacaq xəstəxananın kanalizasiyasının axacaq o sudan milyonlarla adam içməli su kimi istifadə eləyir axı…

Jalə Mütəllimova
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz