Vətəndaş redaksiyamıza və bizim vasitəmizlə prezident İlham Əliyevə və digər rəhbər şəxslərə müraciət etmişdir. Şikayət məktubunun olduğu kimi təqdim edirik.
"Araz Media" qəzetinə və eyni adlı xəbər portalına.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə .
Ünvan: Bakı, Az 1066, İstiqlaliyyət küçəsi, 19, E-mail: office@pa.gov.az
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru
Cənab Kamran Əliyevə.
Ünvan: Bakı şəh, Nigar Rəfibəyli küç-7: AZ1001 Tel: (012) 492 97 03. E-mail: contact@prosecutor.gov.az
Surəti: Azərbaycan Respublikasının Daxili İşlər Naziri Cənab Vilayyət Eyvazova.
Ünvan: Bakı şəh, Azərbaycan pr-7. AZ1005. tel: (012) 590-92-22. E-poçt: info@mia.gov.az
Surəti: Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik
Xidmətinin rəisi cənab Əli Nağıyevə.
Ünvan: AZ1006, Bakı şəh, Parlament pr-14.
E-mail: mektub@dtx.gov.az
Surəti: Azərbaycan Respublikasının Səhiyyə naziri Cənab Oktay Şirəliyevə.
Ünvan: Bakı şəh, AZ 1022 akad. M.Mirqasımov küç. 1A,
E-mail: hsrp@hsrp.az.
Gəncə şəh, M.C.Paşayev küç 1-ci dön, ev 43-də
yaşayan Orucov Faiq İbrahim oğlu tərəfindən
tel: 070-296-16-31.
Ş İ K A Y Ə T Ə R İ Z Ə S İ.
Hörmətli redaksiya!
Mən Orucov Faiq 2011-ci ildən Gəncə Psixiatriya xəstəxanasında kiçik tibb qardaşı vəzifəsində işləyirəm. İndiyə kimi ikinci baş həkimlə işləmişəm.
Xəstəxanada 100-120 xəstə olmaqla 4 (dörd) şöbədən ibarətdir ki, bunlardan bir şöbə qadınlar, 3(üç) şöbə isə kişilər üçündür. Xəstəxanada 5 həkim və 170-200
nəfərdən ibarət texniki və tibb işçilərindən ibarətdir. Elmira Mirzəyeva xəstəxanaya baş həkim təyin olunan gündən xəstəxanada yüzlərlə işçilərin adı var, lakin özləri işdə yoxdur. İşdə omayan işçilərin çoxu gecə növbəsinə yazılır. Onların əvəzinə tabellərə növbə zamanı baş tibb bacıları qol çəkirlər.
Faiq Orucov ərizəsində göstərir ki, hər bir sahədə olduğu kimi səhiyyədə də korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparıldığı bir vaxtda Gəncə şəhər Psixiatriya Xəstəxanasının baş həkimi Elmira Mirzəyeva tərəfindən prezidentin bu haqda verdiyi sərəncam bilərəkdən pozuluraq ayaqlar altına atılıb, taptalanır. Baş həkim Elmira Mirzəyevanın çirkin əməllərinə isə Gəncə şəhər Səhiyyə idarəsi və Səhiyyə Nazirliyi bilərəkdən göz yumur, heç bir tədbir görmürlər.
Baş həkim Elmira Mirzəyeva vəzifəsindən sui-istifadə edir, adı işdə olub özləri bir gün belə olmayan işçilərə gün yazaraq əmək haqqlarını alır, xəstəxanada xəstələr üçün verilən ərzaqları, yataq dəstlərini, xəstə üçün verilən ayaqqabları, suyucu mayeləri xəstəxananın invertarlarını və axırda da, xəstəxananın binasının dam örtüklərini, dəmir məmulatlarını, mişar daşlarını, qapı pəncərələrini, 15 tonluq su çənini və xəstəxanaya aid olan elektrik transformatorunu söküb satmaqla, saxta sənədlər hazırlamaqla, birlikdə korrupsiya əməlləri ilə məşğuldur. O, bu çirkin əməlləri ilə də, həkim adına ləkə vurur.
Elmira Mirzəyeva xəstəxanada baş həkim işlədiyi vaxtlardan vəzifəsindən sui-istifadə edib, rüşvətxorluq və korrupsiya ilə və saxta sənədlər hazırlamaqla, dövlət büdcəsinə kifayət qədər ziyan vurubdur.
Gəncə Psixiatriya xəstəxanasının binası sovetlər birliyindən inşa edilmiş bina olduğundan xəstələrin orda qalıb stasionar müalicə olunmalarına heç bir şərait olmadığından günün tələbinə cavab verilmədiyindən bir neçə illər bundan əvvəl Avropa Şurasının dəstəyi ilə təmir etdirilib xəstələrin istifadəsinə verilmişdir.
2020-ci il yanvar ayından cənab cənab prezidentimizin göstərişinə əsasən Gəncə şəhəri Bağmanlar adlanan ərazidə yeni tikilmiş Psixiatriya xəstəxanası tikilib ərsiyə çatdırıldıqdan sonra xəstəxana həmini yeni tikilimiş binaya 10-15 gün olar ki köçürüldü. Köhnə xəstəxananın binasını baş həkim Elmira Mirzəyeva Azərbaycan Respublikası Əmlak Komitəsinə təhvil verməyərək, tələm tələsik xəstəxananın binalarının dam örtüklərini, su borularını, qapı pəncərələrini, 15-tonluq su çənini, mişar daşlarını, dəmir reşotkalarını, elektrik trasformatorunu söküb satmağa başladı.
Mən bu barədə həkimə öz iradımı bildirəndən sonra, məni işdən çıxartmaqla hədələməyə başladı. İşçiləri yığaraq mənim barəmdə aktlar yazmaqla məni təhqir edir və özünün yaxın adamları olan xəstəxanada pisxoloq vəzifəsində işləyən qızına, baş tib bacısı və həmidə həmkarlar təşkilatının sədri işləyən Züleyxaya (051-910-20-90), xəstəxanada zavxoz işləyən Valoda (055-402-79-26) və digərlərinə qol çəkdirmişdir.
Elmira Mirzəyeva xəstəxanaya baş həkim təyin olunan gündən xəstəxanada ikili tabel sistemi yaradıbdır. Bunlardan bir işçilərin gündəlik növbə zamanı işə gəlib getmələri barədə xəstəxananın növbətçi qapısına. İkincini isə ümumi xəstəxananın işçiləri olan tabeldir ki, onuda hər gün aidiyyati olaraq növbətçi baş tibb bacılarına verərək adı olub özləri işə gəlməyənlərdir ki,
onların da əvəzinə baş tibb bacıları qol çəkirlər. İşdə omayan işçilərin çoxu gecə növbəsinə yazılır. Həmin tabellərin şəkillərini və xəstəxananın sökülməsi şəkillərini və məni təhqir etməsi barədə səs diskilərini ərizəmə əlavə edərək qulaq asmağınızı xahiş edirəm.
Bir daha onu qeyd edərək, sizin redaksiyanın və hüquq mühavizə orqanlarının diqqətinə çatdırıram ki, baş həkim və xəstəxananın zavxozu işləyən Valod (055-402-79-26) xəstələr üçün gələn ərzaqları, yuyucu maddələri, xəstələr üçün yataq dəstlərinin üzlərini, və xəstələr üçün geyim paltarlarını və ayaqqablarını VAZ 06 markalı 57 BE 836 və Mersedes markalı 20 DJ 856 dövlət nömrə nişanlı avtomaşınlara yüklədərək, xəstəxanadan çıxartdırıb satmaq üçün bazarlara və mağazalara göndərtdirir. Bunları sübut etmək üçün xəstəxananın müşahidə kamerasından görüntüləridə çıxartmaqla sübut etmək mümkündür.
Əgər prokurorluq orqanları dərhal təxirə salınmaz xəstəxanada araşdırmalara başlasalar bunları ortalığa çıxara bilərlər.
Baş həkim bilir ki, mən onun bütün korrupsiya əməllərindən xəbərim var və əlimdə söküntülərin çəkilişlər var ona görə də, mənim üzümə xəstəxanada işləyən tabeçiliyində olan yaxın adamlarını qoyaraq, məni şərlədib işdən çıxarmaq istəyir.
Elmira Mirzəyeva neçə illərdir ki, xəstəxanada baş həkim vəzifəsində işlədiyi bir vaxtda korrupsiya yolu ilə topladığı çirkli pulların gücünə məni də işdən çıxartdırar, hələ üstəlik ailə uşaqlarıma da xəsarətlər yetirər.
Hər dəfə də mənimlə mübahisə edəndə bildirirdi ki, çəkdiyin şəkillərlə hara şikayət etsən də sənin şikayətini pulumun hesabına bağladıb sənin tutulmağını təşkil etdirəcəm.
Hörmətli redaksiya xahiş edirəım şikayətimi xüsusi nəzarətə götürüb dərhal prokurorluq orqanlarını xəstəxanada araşdırma aparılması üçün məsələ qaldırasınlız və mənim və ailəmin həyatını nəzarətə götürəsiniz ki, bu cür addımlar atılarsa, media vasitəsiylə ölkə rəhbərliyinə çatdırasınız.
Şikayətçi əlində olan maddi sübutları ərizəsinə əlavə edərək bizə təqdim edir. Bunun üçün də baş həkim xəstəxanada özünə yaxın olan və tabeçiliyində işləyən işçiləri başına toplayaraq, məni işləməyə qoymur.
Gundemxeber.Az