Axtarış...

“Rekord” günəbaxan tumlarında MÜDHİŞ SAXTAKARLIQ – dil açıb danışa biləcək UDUŞ KUPONLARI (ŞİKAYƏT)

“Rekord” günəbaxan tumlarında MÜDHİŞ SAXTAKARLIQ – dil açıb danışa biləcək UDUŞ KUPONLARI (ŞİKAYƏT)

Azərbaycanda mal və məhsulların reklamı məsələsində şişirtmələr, yalan vədlər artıq adi hal alıb. Müəssisələr istehsal etdikləri məhsulların keyfiyyətinə fikir verməkdənsə, malın reklamına, yalançı vədlərə daha çox yer ayırır. Bu da sonda malların keyfiyyətsizliyi, istehlakçıların aldadılması və ali qanunların taptalanması ilə nəticələnir. GUNinfo.az-a bu cür məhsullardan biri olan "Rekord" günəbaxan tumları ilə bağlı ilginc şikayət daxil olub.
GUNinfo.az bildirir ki, şikayətçilər vaxti ilə “Rekord” günəbaxan tumlarının İsmayıllı, Qəbələ rayonları üzrə ekspeditor işləyən Elşən Qədirov REKORDa baş alıb gedən saxtakarlıq və qanunsuzluqlarla bağlı şok faktlar açıqlayıb.
“Rekord” günəbaxan tumlarında MÜDHİŞ SAXTAKARLIQ – dil açıb danışa biləcək UDUŞ KUPONLARI (ŞİKAYƏT)
Haqlarının və hüquqlarının “Rekord” rəhbəri tərəfindən tapdandığını iddia edən şikayətçi , bildirir eşitdiyinə görə bu fiziki şəxs, sahib kimi Tərtər rayonunda qeydiyyatdadı. İllərdi fəaliyyət göstərməsinə baxmayaraq, ildə bir dəfə Regional Vergi idarəsinin məmuru (bildirək ki, həmin məmurun ildə nə qədər aldığını və adını öyrənməyə çalışacağıq)ilə rüşvət mexanizimi ilə işləyir. Qısa vaxt ərzində özünə yüzlərlə işçi cəlb edən REKORDçular, işə götürüb yüksək maaşla vəzifə verdiyi şəxslərlə nəinki əmək müqaviləsinin bağlayıb heç onların adından bir qəpik olsa vergi belə ödəmədən illərdi saxtakarlıq edir. Aylıq qazancı yüz min manatlarla ölçülən REKORDun rəhbərinin bürokratik fəaliyyəti bununla bitmir. İddiaya görə Rəşad adlı bu fiziki şəxs REKORDda qoçular və üzəduranlar saxlayır. Həmin qoçular lazım olan anda haqqın tələb edən sürücülərə cəza olaraq sürdüyü maşınlara əl qoyma, təhqir etmə və məcbur borca salınan işçilərin əmlaklarını belə zorla əlindən alıb REKORD rəhbərinin yanındakı mafiozların adına keçirməkdə görəvlidir. Şikayətçi onuda bildirir ki, bildiyi bu faktlar ona REKORDun sahibinin etibar etdiyi şəxsdən eşidib.
Bundan başqa regionlarda və Bakıda fəaliyyət göstərən REKORD günəbaxan tumu paylayan 40 yaxın FORD maşınları reklam qanunlarını kobud şəkildə pozaraq, şirkətin istehsal etdiyi malların reklamları ilə bəzədilib. Əvəzində Yol Polisidə bu qanunsuzluğa alət edilib. Əslində Respublika Reklam Agentliyinin lisenziyası alınmalı idi. Ali qanunlara görə bu özbaşınalıq da heçdə kiçik cinayət deyil. Ümumiyyətlə fəaliyyətin saxta xətt üzərində inşa edən sahibkarın sol əli Rəşad Səfərovun yalançı uduşlarlada əhalinin cibinə girməklə məşğuldu. Regionlarda ən çox satılan və qazanc gətirən REKORDun hədiyyəli tumları, əcabə görəsən niyə belə sehirlidir. Uduş KUPONLARI dil açıb danışarsa Tərtərli sahibkarımız bunu arxasında dura biləcəkmi..!?
Qeyd edək ki, daha dəhşətli qanun pozuntularına yol verən REKORD günəbaxan tumlarının KABADAYISI Rəşad Səfərovun ziyan vurduğu şəxslərin, DİN-ə, Baş Prokurora və DTX-ya və bir surəti GUNinfo.az-a olan müraciətini dərc edəcəyik. Bizi izləyin
Qarşı tərəfidə dinləməyə hazırıq
GUNinfo.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz