Axtarış...

Gədəbəyin icra başçısı kimdir – O, özü barədə məlumatları niyə gizlədir?



Son günlər ölkədə aparılan ciddi kadr islahatlarının şahidiyik. Görünən budur ki, bu islahatlar fonunda yaşı ötmüş, hazırkı yeniliklərlə ayaqlaşmayan məmurlar təqaüdə göndərilir, daha perespektivli kadrlarla əvəzlənir. Bu xüsusda şəhər və rayon icra başçılarının dəyişdirilməsi prosessi də aparılır ki, artıq onlarla başçının yenilənməsinin şahidiyik…

Amma bəzi icra başçıları da var ki, indiki halda onların adını və fəaliyyətini də yada salmaq lazımdır. Ki, yuxarlar da, aşağılar da, belələrinin dəyişdirilməsinin vacibliyini hiss eləsin.

Məsələn, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev Prezident İlham Əliyevin 28 avqust 2018-ci il tarixli sərəncamına əsasən sözügedən rayona icra başçısı təyin olunub. O gün bu gün bu başçı haqqında heç bir bilgi yoxdur. Nə iş görür, hansı işləri görməyi düşünür bilən yoxdur.

Elə isə gəlin İbrahim Mustafayevin kim olduğuna, əvəllər hansı vəzifələrdə çalışdığına diqqət çəkək.

Ümumiyyətlə, yüksək vəzifələrə təyin olunan insanların xidmətləri, iş təcrübələri əsas götürülür və bu şəxslərin öncəki fəaliyyətinə diqqət edilir. Yəni, bu səxsi hansısa keyfiyyətlərinə görə icra başçısı təyin etmək olar sualı tam aydınlaşdırılır. Elə isə İbrahim Mustafayevi niyə icra başçısı olmalı idi? Onu prezident İlham Əliyevə təqdim edərkən hansı üstünlük və keyfiyyətləri əsas götürülüb? Onun şəxsi işində nə yazılıb?

Vikipediyada, hətta icra hakimiyyətinin rəsmi saytında belə İbrahim Mustafayev barədə bir cümlə var: ” Mustafayev İbrahim Ənvər oğlu Azərbaycan Respublikası Prezidenti Administrasiyasında çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib”. Şəkili belə yoxdur….

Sadəcə bu qədər. Gədəbəy uçqar bir dağ rayonudur. Bu rayonda olan problemlər başdan aşır. İbrahim Mustafayev isə… //bizimxeber.az//
Text-to-Speech

DİNLƏ






Şərh yaz