Vahid Əhmədov: “Sən Müdafiə nazirisən, belə bir mərasim olan zaman sən dövlət rəhbərliyi qarşısında məsələ qaldırmalıydın”
“Yüksək dövlət məmurlarının Azərbaycan dilini bilməməsi bizim üçün böyük bəladır. Dünən Zakir Həsənovun brifinqinə qulaq asdım. Ona Şuşadakı “andiçmə” ilə bağlı sual verdilər. Zakir Həsənov da, Qərargah rəisi Nəcməddin Sadıqov da dilimizdə danışa bilmir. İzah edə bilmədilər. Bilirsən, sən Müdafiə nazirisən, belə bir mərasim olan zaman sən dövlət rəhbərliyi qarşısında məsələ qaldırmalıydın. Amma biz susduq”.
AYNA xəbər verir ki, bu sözləri deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən iclasında səsləndirib. Millət vəkili xatırladıb ki, o vaxt Ermənistanın keçmiş rəhbəri Serj Sarkisyan Xocalı aeroportunun açılışında iştirak etmək istəyirdi: “Onda Azərbaycanın Müdafiə nazirinə müraciət etdilər ki, problem yaranmasın. Amma açılış baş tutmadı. Düşünürəm ki, indi də Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz elə bil kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq. Bununla belə heç olmasa müəyyən addımlar atmalıydıq”.