Ən yuxarıda qurulan sistem bütün ölkələri buna uyğun formatlanmağa məcbur edirdi. Türkiyə də belə idi. “Kommunizmlə mübarizə aparılacaq” deyilirdi. Türkiyə Silahlı Qüvvələri, MİT, XİN, bürokratiya, jandarma, polis, yəni, nə varsa hamısı mübarizə aparırdı. Edilən nə varsa, verilən rolun tələbi idi.
Türkiyə, ABŞ-ın II Dünya Müharibəsindən sonra qurduğu sistemdə Qərbə düşmüşdü. Və SSRİ ilə düşmən olmuşdu. 99%-i müsəlman olan ölkə kommunizm təhlükəsi altında idi. Zarafat kimi gəlir, ancaq belə idi. Böyük savaş yeni sistem gətirmişdi, hər kəs də ona uyurdu. Başqa seçim də yox idi. Dollar, BMT, NATO, BVF, DB və Pentaqon bunu məcburi edirdi.
1990-cı illərdən sonra isə yeni sistem qurula bilmədi. Yaltada ABŞ, SSRİ və Böyük Britaniya üçlüyü anlaşmış, balans qurulmuşdu. İndi isə ingilis ağlının böyütdüyü bir Çin vardır. Bu, hesabı da, güc balansını da dəyişdirir. Yəhudilər də bölünüb. Bir bölümü “Dərin Amerika” ilə, bör bölümü isə Çinlə, yəni, Londonla birgə yürümək istəyir. Bu bölünmə bir çox ölkədə dəqiq şəkildə görünməkdədir.
Bizdə də durum fərqli deyildir. Yeni qurulan partiyalar və seçki olmadan gündəliyə gələn ittifaq söhbətləri zirvədəki qütbləşmənin əks olunmasından başqa bir şey deyil. Siyasət, əlbəttə, xalq nəzərə alınmaqla qurulmalıdır, lakin hər bir siyasi qurum zirvə ilə olan əlaqəsini canlı tutmaq istəyir.
Daxili siyasətdən yazmağı heç sevmirəm, yazmaq da istəmirəm. Hətta yazılanların çoxunu natamam hesab edirəm. Məsələn, Abdulla Gül, Əhməd Davudoğlu, Əli Babacan və ya başqa biri AKP-dən nə üçün ayrıldı? AKP-nin qarşısına müxalifət kimi çıxmalarına səbəb nə idi? Ya da MHP-ni AKP-yə doğru yaxınlaşmağa sövq edən nə idi? Bir az da irəli gedək. AKP və MHP-dən başqa, yerdə qalan bütün siyasi partiyaların əks blok formalaşdırmaq üçün səy göstərmələri nəyin nəticəsidir? Bu sualları artıra da bilərik. Ancaq inanın, hamısının cavabının gəlib dayandığı yer Vaşinqtonla London arasında gedən böyük savaş və bu savaşın kölgəsinin Çin vasitəsilə bütün dünyaya yayılmasıdır. Çox adam qəbul etmək istəməsə də, dollar vasitəsilə Türkiyəyə təzyiq edilməsinin istənməsi də zirvədəki bölünmənin əks olunmasıdır. Hər iki güc də Ərdoğanı və Türkiyəni öz yanında görmək istəyir. Türkiyə öz qərarlarını vermək üçün zaman qazanmağa və öz marşurutunu cızmağa cəhd etdikdə, hücum edilir. Bu, anlaşılmaz bir şey deyildir. Doğrusu, qayda belədir.
Yaxın keçmişə bir göz atın. “Gəzi parkı”, 17-25 dekabr hadisələri, Oslo prosesindən sızıntı, 7 fevraldakı MİT böhranı, 17 iyuldakı qiyam cəhdi nə üçün idi? Əldə ediləcək nəticələrə görə Türkiyənin istiqamətinin müəyyən edilməsi üçün. Məqsəd bu idi. Çünki Türkiyə, Rusiya və ya Çinlə birlikdə addım atdığı zaman ABŞ və NATO zərər görür, daxili tarazlığını itirirdi. ABŞ və NATO ilə birlikdə yürüdüyü zaman da Çinin genişlənmə siyasəti aparması mümkün olmurdu. Sadələşdirsək, vəziyyət belə idi. Doğrusu, bu balansın gətirdiyi savaşı ən dəqiq şəkildə gördüyümüz yer Ağ Ev idi. Baş verənləri ora baxaraq anlamaq daha doğru idi.
Davam edək. “Dərin Amerika” ilə Donald Tramp arasında “barter mübadiləsi” davam edir. Ötən günlərdə Pol Manafort azad edildi. Bu, Trampı narahat etsə də, “Dərin Amerika”nın qərar idi. İllərlə Trampla birlikdə yürüyən Manafort “Dərin Amerika”nın tərəfinə keçib. Tramp da həmən əks-həmlə etdi, aylardır həbsdə olan xüsusi vəkili Maykl Koen də azad edildi. Həbsdən çıxdıqdan həmən sonra Ağ Evə gedən Koen, Trampla birlikdə yeni strategiya müəyyən etdi.
Manafort, demək olar ki, Rotşild ailəsinin Ukraynadakı nümayəndəsi idi. Tərəf dəyişdirdi, “Dərin Amerika” da ona azadlığını verdi. Ağ Evdə işləmiş, lakin Trampın Rusiya ilə olan əlaqələrilə bağlı həbs edilmiş başqa şəxslər də sərbəst buraxıldılar. İndi Trampın “Dərin Amerika”dan başqa böyük bir tələbi də var.
Tramp “Dərin Amerika”nın istəklərini artıq rədd etmir. Ancaq ailəsini təhdid edən iki şəxsin, bir vaxtlar Trampı küncə sıxışdıran xüsusi prokuror Robert Müllerin və FTX-nin sabiq direktoru Ceyms Kominin həbs edilməsini istəyir. Tramp bu iki şəxsin həm qızı İvankanı, həm də kürəkəni Kuşneri təhdid etdiyi üçün cəzalandırılmasını istəyərkən olduqca açıq davrandı.
Yeni bir dünya sistemi qurulur. Bu sistem qurularkən, əlbəttə, ABŞ-ın da dəyişməsi lazım idi. Ancaq əsil problem də bu idi. Çünki ABŞ-ın oturuşmuş sistemi uzun illər ərzində Vaşinqton-London ortaqlığını qəbul etmişdi. İndi Vaşinqtonun etiraz etməsilə artıq ortaqlıq bitdi.
Tramp “Dərin dövlət”in zirvəsindəki şəxslə görüşmək istəyir. Ancaq görüşə bildiyi ən səlahiyyətli şəxslər “Dərin dövlət”in üzvü olan MKİ-nin sabiq əməkdaşları oldular. Yəni, o, “Dərin dövlət” masasında oturan heç kimlə görüşə bilmədi. Con Bolton da “Dərin dövlət”ə işləyir. Tramp onunla da çox önəmli addımlar atdı. Ancaq Boltonun belə, “Dərin dövlət” masasında oturan heç kimi tanımadığı ortaya çıxdı. Masa artıq Londondan qurtulmaq istəyir. Koronavirus infeksiyası ilə başlayan proses masanın qərarıdır.
Masada kimlərin olduğu, ən səlahiyyətli şəxsin kim olduğu məlum deyil. Masada yalnız biq qadın üzvün olması pıçıltı ilə danışılır. Bir vaxtlar o qadın üzvün ABŞ-ın sabiq Xarici işlər naziri Madlen Olbrayt olduğu söylənirdi. Tramp dəfələrlə Madlen Olbraytla görüşdü. Olbrayt o masada oturduğunu eyhamla Trampa bildirdi. Ancaq masanın yeni sahiblərilə ABŞ Prezidenti olan birinin belə, görüşə bilməyəcəyini söylədi. Madlen Olbraytın Ağ Evdə işləyən orta dərəcəli bir diplomatın belə, masanın üzvü ola biləcəyini söyləməsi Trampın ağlını qarışdırdı.
Tramp da işlərini “Dərin dövlət”in mərkəzi kimi tanınan Pentaqonla həll etməyə çalışır. Tramp Robert Müller və Ceyms Kominin həbs olunması ilə bağlı tələbini ABŞ Müdafiə naziri Mark Esperə çatdırdı. Mark Esper yalnız masanın ən kənar küncündə oturan biri ilə görüşsə də, mütləq “Dərin dövlət”lə əlaqəsi vardır.
ABŞ-ın sabiq Müdafiə naziri Cim Mattis də “Dərin dövlət”lə yaxın əlaqələr qurmuşdu. “Dərin dövlət”in çox fiquru vardır. Baş rolları oynayan isə 3 şəxsdir. Bundan artıq məlumat yoxdur. Tramp belə, ip ucu axtarır, lakin əli çatan səlahiyyətli şəxslərin sayı məhdudur. Ancaq Tramp fərqli bir şəxsdir. Bu səbəblə, mütləq “Dərin dövlət”in zirvəsindəki şəxslə bir araya gələcəkdir.
Tramp ABŞ Prezidenti olaraq Ağ Evdəki ilk günündən başlayaraq, həmişə “Dərin dövlət”i axtarıb. O, Mayk Pens, Mayk Pompeo, Gina Haspel, Con Bolton və son olaraq da Mark Esperə eyni sualı verdi, “Dərin dövlət”lə tanış olmaq istədiyini söylədi. Ancaq hələ ki, uğur qazana bilməyib.
2020-ci ilin prezident seçkiləri, Ağ Evə gedəcək prezidentin kim olacağı həm ABŞ, həm də Avropa üçün, hətta 5 qitənin hamısı üçün də çox önəmlidir. Tramp 4 il də prezident olacağına çox inanır. Amerikan sistemi nə qədər sürətlə yenilənsə də, Trampı qoruyur. Rusiya məsələsi Trampın özünəinamını cilovlaması üçün qaldırıldı. Əks halda, Tramp amerikan sistemini çökdürə biləcək həmlələr edərdi.
Tramp vəzifəyə gəldikdən sonra təyinatlarının çoxunu Pentaqonun təzyiqi ilə etmişdi. Ancaq o, 68 adamı vəzifədən azad etdi. Yəni, Tramp əvvəlki prezidentlərə bənzəmir. Ona görə də “Dərin dövlət” ilk dəfədir ki, üzünü bir ABŞ Prezidentinə göstərir.
Rotşild ailəsinin köhnə qılınc ustası olan Soros, Cors Buşu nəzərdə tutaraq, “Pulumu son qəpiyinədək xərcləyərək, bu adamdan qurtulacağam” deyirdi. Yəni, London Buşa belə baxırdı.
Tramp da Buşun aid olduğu məktəbdəndir, respublikaçıdır. Ancaq arada böyük fərq vardır. O, Rotşild ailəsilə münasibətini heç pozmadı. Çox adam belə şərh verirdi ki, “Tramp, iki gücü barışdırmaq niyyətindədir”. O, “Vaşinqtonla London bir-birindən qopmasın” deyə, çalışırdı.
Amma gəlinən nöqtədə Çin üzündən qopma başladı və koronavirus ortaya çıxdı. II Dünya Müharibəsindən sonra qurulan və 1990-cı ildə yıxılan sistem yenidən inşa ediləcək. Ölkələr, partiyalar, şəxslər, şirkətlər, ordular, kəşfiyyatlar, bir sözlə, hər kəs yeni formatla tanış olacaq. Bundan qaçış yoxdur. Gedən mübarizəyə, toqquşmalara belə baxmaqda fayda vardır. İki böyük müharibə nəticəsində qurulan bir sistem masa başında əl sıxışmaqla yenisilə əvəzlənə bilməz. Gərginliyin artacağını bilmək üçün jurnalist olmağa da ehtiyac yoxdur. Pul da, silah da, kəşfiyyatlar da, şirkətlər də, siyasətçilər də gedən bu mübarizənin içindədirlər. Diqqətlə izləyin…
Ərgün Dilər
“Takvim”, Türkiyə, 23 may 2020-ci il
Tərcümə Strateq.az-ındır