Axtarış...

Ərdoğandan gözlənilməz qərar - İdarəetməni tamam dəyişir

Ərdoğandan gözlənilməz qərar - İdarəetməni tamam dəyişir

Türkiyənin prezidenti hökumət sistemində yeni rəhbər vəzifələrin adlarını açıqlandı.

Millitv.az "publika.az"a istinadən xəbər verir ki, prezident idarəetməsi səviyyəsində yeni Strategiya və Dövlət Büdcəsi və Rabitə Əlaqələri ilə bağlı iki qurum yaradılıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu qərarı haqqında rəsmi qəzetlər yazıb.

Prezident Ərdoğan 24 iyundakı çıxışında bu barədə məlumat vermişdi:

"Yeni sistem, demokratiyanın və respublikanın əsas atributunu heç də zəiflətmir, əksinə, daha da gücləndirir. Parlamentar sistemdə hökumət məclis əksəriyyəti çıxdığı üçün qanunvericiliyin icrasına nəzarət güclü olmurdu. Hökumətin razılığı olmayan heç bir fikrin, layihənin Məclisdən keçmə şansı yox idi. Yeni sistemdə hökumətlə Məclis arasındakı əlaqəni aradan qaldırırıq. Yəni, hökumətin büdcədən başqa, qanun layihəsi göndərmə səlahiyyəti olmayacaq. Yeni qanun təklifləri ilə bağlı səlahiyyət yalnız millət vəkillərinə veriləcək. Beləliklə Türkiyə tarixində ilk dəfə deputatlar və parlament öz istəkləri ilə qanunvericiliklə prosesləri analiz edə biləcək. Məhkəmə də bu tarazlıq içində çox daha sağlam qərarlar vermə imkanı tapacaq. Yüksək məhkəmə orqanlarına üzv seçimlərinin də böyük bir qismi prezident ilə parlament arasında bölüşdürüləcək".

R.T.Ərdoğan onu da qeyd edb ki, Türkiyə bundan sonra problem yaşayan deyil, onu həll edən, yeri gəldiyində də istənilən ölkəyə problem yaşada bilən hakimiyyət olacaq:

"Yeni dövrdə Türkiyə problem həll edən dövlətə çevriləcək. Yeni sistemlə bürokratiya azalacaq. Daha sürətli və dəqiq qərar qəbul ediləcək. İqtisadiyyatın inkişafı üçün 6 nazirliyin sayı 3-ə endiriləcək. Bu çox mühüm addımdır. Ticarətə diqqət artırılacaq və beləliklə ölkə iqtisadiyyatının idarəsi sadələşdirilmiş olacaq. Hazırda mövcud olan 6 müvafiq nazirlik 3 nazirlik şəklində birləşdiriləcək".

Eyni zamanda Prezident yanında 8 komissiyanın fəaliyyət göstərəcəyini deyən Ərdoğan bildirib ki, bununla cəmiyyətin bütün problemlərini zamanında dinləyib, çıxış yolları tapmağa çalışılacaq:

"Mənimlə ayrı-ayrı işləyəcək 8 komissiya yaradılacaq. Komissiya üzvləri ilk dəfə olaraq İnsan Resursları, İnvestisiya, Maliyyə və Rəqəmsal Dəyişiklik sahəsini əhatə edəcək və 4 ofisdə fəaliyyət göstərəcək komissiyalar böyük əhəmiyyət kəsb edəcək. Bu kadrlar prezidentə ən yaxın çalışanlar olaraq məsələ ilə bağlı dərhal hakimiyyətə məlumat verəcəklər. Dəyişikliklər içərisinə Baş Qərargah Rəhbərliyi, Milli Kəşfiyyat Rəhbərliyi, Müdafiə Sənayesi Rəhbərliyi, Milli Təhlükəsizlik İdarəsi Dövlət Nəzarət Şurası, Rabitə Nazirliyi, Strategiya və Dövlət Büdcəsinə Nəzarət Komitəsi də yer alır".
Text-to-Speech

DİNLƏ






Şərh yaz