Axtarış...

Pensiya Almaq İstəyən Vətəndaşı Süründürməçiliyə Salıblar

Pensiya Almaq İstəyən Vətəndaşı Süründürməçiliyə Salıblar

Millitv.az Redaksiyamıza müraciət edən Şabran rayon Gəndob kənd sakini Əlmurad Camiyev təqaüdə çıxmaq üçün Əmək və Əhalinin Sosial Müdafiə fondunun Şabran rayon şöbəsinə yanvar ayında müraciət etsədə onu sənədlərini may ayının sonlarında şöbədə qeydiyata alıblar.Şikayətçi onu uzun müddətdir ki, süründürməçiliyə salan şöbənin məsul işçisi Məmməd Əhmədovdan şikayətçi olduğunu bildirdi. Vətəndaşın bildirdiyinə görə bu ilin yanvar ayının ikinci yarsı yaş müddətiylə əlaqədar pensiya çıxmaq üçün şöbəyə müraciət etsədə onu uzun müddət süründürməçiliyə salan Məmməd Əhmədov uzun mübahisələrdən sonra sənədlərini 21.05.2019 – cu il tarixdə sənədləşdirərək qeydiyata alıb .

Yaranmış vəziyyətlə əlaqədar apardığmız araşdırma zamanı Əmək və Əhalinin Sosial Müdafiə fondunun Şabran rayon şöbəsində olub vəziyyətə aydınlıq gətirilməsi üçün şöbənin müdürü İlqar müəllimlə görüşüb bu barədə danışdıqda o bizə bildirdi ki ,onun bu məsələdən xəbəri yoxdur.Məsələni araşdırıb lazimi tədbir görəcək.
Ancaq şöbənin qarşısında şikayətçi ilə apardığımız çəkiliş zamanı şöbədən bizə yaxınlaşaraq məsələyə obyektiv qiymət verilməsi üçün Məmməd Əhmədovuda dinləməli olduğumuzu bildirdikdə bizdə məmuniyətlə Məmməd Əhmədovla görüşüb qarşı tərəf kimi məsələyə aydınlıq gətirilməsini istədik o bizə bildirdi ki, Əlmurad Camiyev sənədlərində müəyən çatışmamazlıqlar olduğundan onun sənədlərini may ayında qeydiyata alıb və eyni zamanda sənədləşdirmə zamanı müəyən səhlənkarlıqlar etdiyinidə etiraf etdi.

Bildirmək istəyirik ki, şikayətçi Əlmurad Camiyevin Gəndob kənd icra nümayəndəliyinin inzibati ərazisində yaşaması barədə 09.01.2019 –cu ildə tarixində aldığı arayışı elə o vaxtda Əmək və Əhalinin Sosial Müdafiə fondunun Şabran rayon şöbəsinə təqdim etdiyi məlum oldu. Bundan savayı onuda bildiririk ki, Əlmurad Camiyevin uzun müddət Rusiya Fedarasiyasında yaşadığından hal - hazırda onun 65– yaşı var. Cari ilin yanvar ayında sənədlərini təqdim etsədə bu günə qədər onun pensiyya təminatının cəmi altı ayı hesablanması müəyənləşdi.Qalan bir il altı ayın almalı olduğu pensiyanın aqibətini soruşduqda Məmməd Əhmədov bildirdi ki , gələcəkdə onun pensiyasını tam hesablayıb ödəyəcəyik.


TAM ƏTRAFLI VİDEODAN İZLƏ






MİLLİTV.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz