Axtarış...

Nazirlik vətəndaşın müraciəti ilə bağlı məlumat yaydı

Nazirlik vətəndaşın müraciəti ilə bağlı məlumat yaydı
Laçın rayonu Qorçu kəndindən məcburi köçkün, Bərdə rayon Xəsili kəndində Quşçuluq fermasında məskunlaşmış Şahverdiyev İnşallah Fətullah oğlunun yaşayış şəraitinin olmaması və ünvanlı dövlət sosial yardımı ilə əlaqədar sosial şəbəkə vasitəsilə müraciəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilriyinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib.



Araşdırma nəticəsində məlum olub ki, vətəndaşın ailəsi altı nəfərdən ibarətdir. Ailə üzvlərindən iki nəfəri II qrup əlilliyi olan şəxs, digər iki üzvü isə əmək qabiliyyətli olsa da heç bir yerdə işləmirlər. Bu səbəbdən ünvanlı dövlət sosial yardımı ala bilmirlər. Bununla bağlı vətəndaşa qanunvericilik ətraflı izah edilib.

İ.Şahverdiyev həmçinin bildirib ki, sayğacı olmadığı üçün elektrik enerjisindən istifadə edə bilmirlər. Vətəndaşın mənzilinin sayğac və elektirik enerjisi ilə təmin edilməsi üçün aidiyyəti qurumla danışıqlar aparılıb. Dekabrın 4-də sayğacın quraşdırılması və elektriklə təmin olunması həyata keçirilib.

Eyni zamanda ailənin əmək qabiliyyətli üzvlərinin işlə təmin edilməsi, özünüməşğulluq proqramına qoşulması üçün müvafiq işlər aparılır. İ.Şahverdiyev bu proqrama qoşulmaqla yaxın vaxtlarda təlimlərdə iştirak edəcək.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz