Axtarış...

ƏƏSMN fəaliyyət sahələri üzrə son üç ayda 186 min şəxsə e-arayış verilib



Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 186 min şəxsə elektron qaydada arayış verilib.

Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.

Nəticədə vətəndaşlar hər hansı quruma müraciət etmədən, nazirliyin e-arayış xidmətlərindən istifadə edərək müvafiq arayışları əldə ediblər.

Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə elektronlaşma proqramı çərçivəsində ötən il 13 e-arayış xidməti istifadəyə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Bu xidmətlər vətəndaşların iş yerinə və ya əlilliyə dair, pensiya, müavinət və təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayışlar əldə edə bilməsinə imkan verir.

2020-ci ildə Nazirlik tərəfindən fəaliyyət sahələri üzrə daha 15 növdə e-arayış xidmətinin yaradılması, e-arayış xidmətlərinin sayının 30-a çatdırılması nəzərdə tutulub.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz