Axtarış...

Neft Fondu şokolad alır – Bir kiloqramı 65 manata



Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ərzaq məhsullarının satın alınması ilə bağlı elan etydiyi tenderin qalibi məlum olub.
Neft Fondunun tender müsabiqəsinin qalibi “Fresh Foods Supply” MMC olub.
“Fresh Foods Supply” MMC Neft Fonduna 21 min 400 manat dəyərində aşağıdakı cədvəldə adları qeyd olunan ərzaq məhsullarını satacaq.
Neft Fondu şokolad alır – Bir kiloqramı 65 manata

Şokolad Ferrero Rocher-300 qram 40 qutu
Şokolad qarışıq 100 kq
Qənd-parça AzərŞəkər-850 qram 15 paçka
Qənd-bükmə AzərŞəkər-500 qram 20 paçka
Sirab-premium qazsız-0.33 litr 1000 ədəd
Badam – 12 kq
Qəhvə üyüdülmüş 50 kq
Qəhvə dənli 20 kq
Fındıq – 12 kq
Qoz – 12 kq
Brazilya qozu – 12 kq
Kişmiş – 12 kq
Peçenye xüsusi dəmir qablaşdırmada və ən az 6 ay istifadə müddəti olmaqla 100 qutu
Süd – 100 litr
Su Sirab-19 litr 50 ədəd
Sirab-plastik qazlı-0.5 litr 1500 ədəd
Sirab-plastik qazsız-0.5 litr 3 500 ədəd
Sirab-premium qazlı-0.33 litr 1 000 ədəd
Kəklikotu – 5 kq
Çay-qara Tess-200 qram 100 paçka
Çay-yaşıl Tess-100 qram 10 paçka
Çay-qara Lipton-100 paket 20 paçka
Çay-yaşıl Lipton-100 paket 20 paçka
Məlumat üçün bildirək ki, Neft Fondunun almaq istədiyi “Ferrero Rocher” şokaladının 300 qramlıq qutusun qiyməti təxminən 20 manat təşkil edir. Bu isə o deməkdir ki, Fond bu şokalad üçün 800 manat xərcləyəcək.
Bundan başqa Fondun almaq istədiyi Braziliya qozu iri qoz növlərindən biridir. Braziliya qozu bərk və oval formada olur. Onun meyvələri 10-15 sm uzunluğunda və 1-2 kq çəkiyə malik olan sərt qabığın içərisində yerləşirlər. Qabığın içərisində isə 8-24 ədədə yaxın ləpə yerləşir. Braziliya qozu Braziliyada, Boliviyada, Venesuelada, Kolumbiyada, Peruda, Şri-Lankada, Trinidad və Tobaqoda yabanı halda bitir. Braziliya qozunun bir kiloqramının qiyməti təxminən 60 manata bərabərdir.(yeniavaz.com)

Tags:neft fondu
Text-to-Speech

DİNLƏ






Şərh yaz