Axtarış...

“Dövlətin müdaxiləsi olmasa…” - Sahibkarlar banklardan hansı güzəştləri gözləsinlər?



“Dövlət dəstəyi olmadan, bankların hansısa güzəştlər tətbiq etməsi real görünmür”.

Ölkədə koronavirus təhlükəsi ilə bağlı xüsusi rejimin tətbiqi günəmuzd çalışan vətəndaşlar üçün də müəyyən çətinliklər yaratmaqdadır. Əksər vətəndaşlar xüsusilə, bank kreditlərini ödəyə bilməyəcəklərindən narahatdırlar.

Maraqlıdır ki, mövcud vəziyyətdə banklar tərəfindən vətəndaşlar üçün hansı güzəştlərin tətbiqi nə dərəcədə realdır?

İqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında bu mövzuya münasibət bildirib. Əkrəm Həsənovun fikrincə, banklar sadəcə, günəmuzd işləyənlərə deyil, sahibkarlara da müəyyən güzəştlər tətbiq etməlidirlər:

“Mövcud vəziyyətdə bir çox sahələrin fəaliyyəti demək olar, iflic vəziyyətinə düşüb. O cümlədən, özəl sektorun fəaliyyətində ciddi azalma müşahidə olunur.

Bu fonda bəzi bankların sıravi vətəndaşlara və sahibkarlara müəyyən güzəştlər tətbiq etməsi gözlənilən olsa da, əksər bankların belə bir addım atacağını düşünmürəm. Çünki bankların da öz öhdəlikləri və daxili borclarını ödəmək müddəti var.

Ona görə də, bu məsələyə dövlətin müdaxiləsi vacibdir. Bu dəstək Mərkəzi Bank vasitəsilə digər banklara əlavə vəsaitlərin ayrılması ilə təmin oluna bilər”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz