Axtarış...

Xocalı Faciəsindən 28-il otdü ; Erməni vəhşiliyi (ÖZƏL YAZI)

Xocalı Faciəsindən 28-il otdü ; Erməni vəhşiliyi (ÖZƏL YAZI)

Bu gün tarixin qanli yaddaşına həkk olanmuş Xocali faciəsinin 28 ci ildönümüdür
.


Tariximizə nəzər salsaq bu günümüzə qədər, erməni işğalçılarının xalqımıza qarşı törətdikləri cinayətiəri açıq aşkar görmək olar. XX əsrin müxtəlif dövürlərində hiyləgər planlarını həyata keçirmək məqsədilə, ermənilər millətçİ- şovinist etnik soyqırım təcavüzkarları xalqımıza qarşı dəfələrlə qırğınlar törətmələrinin şahidi oluruq. Bu günə qədər xalqımıza qarşı törədilən faciələrin ən dəhşətlisi Xocalı soyqırımıdır.

1992- ci ildə fevral ayının 25 dən – 26- na keçən gecə ermənlər sovet ordusunun 366 - cı motoatıcı hərbi alayın köməkliyi ilə bir gecədə Xocalı əhalisini qanlarına qəltan etdilər . O, qarlı, şaxtalı qış gecəsində şirin yuxuda olan xocalı əhalisi tarixdə misli görünülməyən bir faciəli qırğına məruz qaldı.Həmin gecə, Xocalının bəyaz qarı insan qanı ilə qıp qırmızı boyandı.Bəzi ailələr bütövlüklə məhv edildi.Əhalinin bir qismi isə əsir götürülərək müxtəlif tükürpədici amansız işgəncələrlə qətlə yetirildi.

Düz 28 ildir ki, Xalqımız Xocalı faciəsinin qurbanlarını yad edir . Bu gün faciə qurbanlarının şərəfinə ucaldılmış” ana fəryadı “ abidəsini ziyarət edən insanlar abidə önünə gül çiçəklər düzərək şəhidlərimizi yad etdilər. Anım gününə müxtəlif təşkilatlar həmçinin məktəb ,lisey ,o cümlədən Türk liseyinin müəllim və şagird heyəti də faciə qurbanlarını yad edənlər arasında idi.

O günlərin ağrı acısını canlı - canlı yaşamış insanlar ,erməni vandalizminin Xocalı əhalisinə qarşı törətdikləri vəhşiliklkərin acı xatirələrini çəkilişimiz zamanı bizlərlə paylaşdılar. Gördükləri , danışdıqları faciələri dinlədikcə bir anda göz yaşlarımızı boğa bilmirdik.Erməni daşnakları Xocalı sakinlərini əsir götürüb onların başlarına min-bir oyun gətirirmişlər. Əsir düşmüş bir qism insanların dərisini soyub diri –diri yandırmışlar.Körpə uşaqları borulara yığıb benzin töküb külünü göyə sovurublar.Tariximiz o gecə xalqımızın qani ilə yazıldı. O, gecə Azərbaycan torpağı xalqının tökülən qanı ilə suvarıldı.

Özgə torpaqlarını işğal etmək üçün erməni daşnakları terror soyqırımı özlərinə peşə seçiblər. Keçmişi olmayan bir dövlətin yaranması pərdəsi altında bəd niyyətlərinn həyata keçirtmək arzusunda olan erməni lər bu günkü gündə də murdar niyyətlərindən əl çəkmirlər.

Biz inanırıq ki,bu tökülən qanların ,günahkarlarına elə bir dərs vrriləcək ki, dünya bəşəriyyətində belə hadisələr bir daha təkrarlanmayacaq..





Millitv informasiya şöbəsi
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz