Axtarış...

Gəncədə yüzlərlə şəxs işsiz qala bilər... - Müraciət

Gəncədə yüzlərlə şəxs işsiz qala bilər... - Müraciət

Gəncə şəhərində yerləşən hərbi hospital bağlanmaq ərəfəsindədir. Bağlanmaq xəbəri yayılan hospital hələ keçmiş sovet dövründə istifadəyə verilmişdi. Hospital Birinci Qarabağ müharibəsi dövründən 1992-ci ildən bu günə kimi fəaliyyətdədir.

“Hazırda hospitalda hərbi həkimlərlə yanaşı 400 mülki tibb işçisi çalışır ki, onların əksəriyyəti aztəminatlı ailələrin nümayəndələridir.

Hospital rəhbərliyindən bildiriblər ki, hərbi müəssisə Mayın 10-na kimi bağlanır, gedin özünüzə iş tapın. Bəziləri deyir ki, hospital Şəmkirə köçürüləcək. Bu xəbər isə hospitalın işçi heyəti arasında ciddi narahatlığa səbəb olub” deyən tibb bacısı Arzu Məmmədova əməkdaşımıza bildirib.

Hospitalda çalışan mülki həkim Abbasova Esmira qeyd edib ki, məsələ ilə bağlı AR-nın birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub göndəriblər. “Əgər ölkə rəhbərliyinə səsimizi teleqram, məktub yolu ilə çatdıra bilməsək, mitinq etməyi düşünürük. Çünki bu hospitalın bağlanması xeyli şəxsin işsiz qalması ilə nəticələnəcək”.

Tibb bacısı Məmmədova Şəhla bildirir ki, hospitalda hazırda 320 xəstə var, 150 nəfər paratitdi, bunlar nə fikirləşir? Bizlə əmək müqaviləsi bağlanıb, bir cavabdeh çıxıb bu insanlara açıqlama versin. Dörd mərtəbəli yeni bina tikilib əvvəlcə dedilər hospital o binaya köçürüləcək. Əgər hospital bağlanırdısa büdcədən milyonlarla vəsait ayırıb o binanı niyə tikirdilər. Niyə bir nəfər çıxıb açıqlama vermir bu məsələ ilə bağlı?

Gəncədə yüzlərlə şəxs işsiz qala bilər... - Müraciət
Gəncədə yüzlərlə şəxs işsiz qala bilər... - Müraciət
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz