Axtarış...

Oqtay Gülalıyevdən nə xəbər var? - AÇIQLAMA

“Oqtayın vəziyyəti ağır sabit olaraq qalır. Səhhətində irəliləyiş yoxdur”.

Modern.az xəbər verir ki, bunu noyabrın 11-də “Azadlıq” radiosuna hüquq müdafiəçisi, hazırda Türkiyədə müalicə olunan Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.

O qeyd edib ki, gündəlik müalicə davam edir və O.Gülalıyev reanimasiyadadır.

F.Gülalıyeva vurğulayıb ki, İstanbuldakı “Avrasiya” Klinikasının həkimləri O.Gülalıyevin səhhəti ilə bağlı ilkin rəylərini veriblər. Həmin rəyin o qədər də nikbin olmadığı qeyd edilirdi: «Bu, aparılan müayinənin nəticəsi olaraq həkimlərin verdikləri ilkin rəy idi. Yəqin ki, aparılan müalicə də öz nəticəsini verər».

F.Gülalıyeva həkimlərin əllərindən gələni əsirgəmədiklərini söyləyib. “Amma “Avrasiya” Klinikası neyrocərrahiyyə baxımından münasib deyil”-deyə, o əlavə edib.

F.Gülalıyevanın sözlərinə görə, bu gün, noyabrın 11-də Türkiyədə tanınan iş adamlarından birinin həkimi O.Gülalıyevin vəziyyəti ilə tanış olmağa gələcək.


Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-du axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, düz piyada xəttinin üstündə baş verib.



Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.

Beyin zəilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Bir gün sonra Türkiyəyə aparılıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz