Sars virusunun qohumu adlandırılan və ondan 2 dəfə çox yayılma sürətinə sahib olan koronavirus yüzlərlə insanın ölümünə səbəb olub. Artıq Çinin xaricində də yayılmağa başlayan infeksiyanın əsas əlamətləri yüksək temperatur, öskürək və nəfəs darlığıdır.
Mütəxəssisləri virusun yayılmasının qarşısını ala biləcək bir neçə sadə üsul qeyd ediblər.
Millitv.az "BBC"-yə istinadən həmin üsulları təqdim edir:
- Əlləri sabun və ya gel ilə tez-tez yuymaq, xəstə insanlarla yaxın təmasdan qaçmaq, yuyulmamış halda əlləri gözlərə, buruna və ağıza toxundurmamaq infeksiya riskini azaldır.
- Bundan başqa, öskürmə və asqırma zamanı dəsmal və ya salfeti yandırmaq, eyni zamanda əlləri təmiz yumaq xəstəliyin yayılma riskini minimuma endirməyə kömək edə bilər.