Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində yayılan və dünyanı cənginə alan koronavirusla bağlı ilk dəfə müsbət dinamika müşahidə edildiyini açıqlayıb.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, virusun yayılma sürəti fevralda (7 fevral – 10,2%) əvvəlki ayla müqayisədə (23 yanvar – 46%) azalıb. Bununla belə ÜST koronavirusun simptomları müşahidə olunarsa, dərhal həkimə müraciət etməyi məsləhət görür.
Qeyd edək ki, son məlumatlara görə, dünyada koronavirusa yoluxanların sayı 35 min nəfərə çatıb. Yalnız 2,4 min nəfər bu xəstəlikdən sağala bilib. 725 nəfər isə dnüyasını dəyişib.