Türkiyə millisinin azərbaycanlı yüngül atleti Ramil Quliyev qarşıdan gələn Tokio-2020 oyunları ilə bağlı fikirlərini bildirib.
Qol.az xəbər verir ki, “Sputnik Azərbaycan”a müsahibəsində o deyib ki, əgər Yay Olimpiya Oyunlarında yarışın mükafatçıları sırasına düşsə, 2017-ci ildə dünya çempionu olan vaxtdakı kimi yenidən Türkiyə və Azərbaycan bayraqlarını dalğalandıracaq.
“Allah etsin ki, mən Tokiodakı olimpiadada mükafat qazanım. Bu halda əlbəttə, qaçış zolağına iki bayraqla çıxacağam” – deyə o bildirib.