Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin reallaşdırılması Azərbaycan və Türkiyə həmrəyliyinin əyani göstəricisidir.
Millitv.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından olan deputat Bülent Turan deyib.
B.Turan TANAP-ın, həmçinin enerji "İpək Yolu" olduğunu bildirib.
Millət vəkili vurğulayıb ki, Türkiyə və Azərbaycan bu gün bir çox enerji layihələri həyata keçirir:
"Türkiyə və Azərbaycan arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir"