Axtarış...

"Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik" - Şenol Güneş



Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Bakıya səfəri zamanı azərbaycanlı azarkeşlərə müraciət edib.

Redaktor.az-ın məlumatına görə, AFFA-nın rəsmi "Facebook" səhifəsində 67 yaşlı mütəxəssisin müraciəti paylaşılıb.

Təcrübəli məşqçi 2020-ci ildə keçiriləcək Avropa çempionatı üçün bütün azarkeşləri Bakı Olimpiya Stadionunda gözlədiklərini vurğulayıb: "Türkiyədəki futbolsevərlərlə, eyni zamanda Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik. Gözəl matçlar bizi gözləyir. Hər kəs biletini alsın və bizimlə bərabər olsun".

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.
Text-to-Speech

DİNLƏ






Şərh yaz