Axtarış...

"Dövlətin ayırdığı pulu yeyiblər" - GİLEY

"Dövlətin ayırdığı pulu yeyiblər" - GİLEY"Gecikmə ilə yanaşı, hər ay ustaların pulundan yüz-iki yüz manat kəsirlər”

"Evimiz yanandan sonra aylarla çadırda yaşadıq. Dəfələrlə aidiyyatı orqanlara müraciət etsək də, şikayətimizə məhəl qoymadılar. Uzun mübarizədən sonra ötən il sentyabrın sonlarında evin tikintisinə başlanıldı. Tikinti davam edən müddətdə işləyən fəhlələrin pulları həmişə gecikdirilirdi”.

Bu sözləri ötən il iyulun 26-da evi tamamilə yanan Ağsu rayonu, Kalağaylı kənd sakini İbadət Aydın qızı Qəmbərova deyir.

Söylədiyinə görə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 2019-cu ildə inşasına başlanılan ev, həmin ilin dekabrında təhvil verilməli imiş. Lakin nazirliyin Zəlzələ bölgəsi üzrə Qərargahı fəhlələrə veriləcək əməkhaqlarını gecikdirdiyi üçün tikinti işi yarımçıq qalıb:

"Həmişə pulu gecikdirmələrlə ödəyiblər. Evin təmirinə sentyabrın sonlarında başlayıblar. Gecikmə ilə yanaşı, hər ay puldan yüz-iki yüz manat kəsiblər. Evin ötən ay təhvil verilməsi planlaşdırılırdı. Dedilər ki, dekabrın 25-dək fəhlələrin pulu çatdırılacaq. Lakin yenə də yalançı çıxdılar. Dekabrın 29-da gətirib ustaların birinə beş yüz, digərinə isə iki yüz manat verdilər. Ustalar da əməkhaqlarını tam olaraq tələb edəndə, dedilər ki, bizə verilən pul budur. Bundan artıq pul verə bilmərik. And-aman etdilər ki, yanvarın 10-da pul olacaq, azacıq səbir etsinlər. Bizi fəhlələrin yanında üzüqara ediblər. Özüm yaşlı, xəstə adamam, oğlum da hazırda işsizdir. Dövlətin ayırdığı pulu yeyiblər. İndi də deyirlər ki, pul yoxdur. Ustalar da pulu bizdən tələb edir. Bəs yaxşı, bu pulu kim ödəməlidir?”

Şikayətçinin dediyinə görə, fəhlələrə ümumilikdə altı yüz manat pul verilməlidir. Yanvarın 10-da pul olacağına dair vəd verilsə də, buna əməl olunmayıb:

"Ustalara verilən aylıq əməkhaqqı evin ölçülərinə uyğun təyin edilir. Son ölçüləri oğlum mühasibə verib. İki ustaya ümumilikdə altı yüz manat verilməlidir. Oğlum da, mən də zəng edirik, bizə cavab vermirlər. Qərargahın mühasibi Hasil adlı şəxs bizi aldadır. Qərargahda hər gün davadır. Hamı şikayət edir ki, ustaların pulu vaxtlı-vaxtında verilmir. Bunlar hara baxır, neyləyir, başım çıxmır. Bu pulları kimlər yeyir? Evin qarşısında dörd cərgə hörgü qalıb. Ustalar işləməkdən imtina edirlər. Mühasibə dedik ki, ustaların pulunu verməsəz, sizi şikayət edəcəyik. Dedi ki, nə istəyirsiz, edin, pul yoxdur”.dia.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz