Axtarış...

"Əvvəl 197 saylı marşrut vardı, BNA yarananda ləğv etdi..." - GİLEY

"Əvvəl 197 saylı marşrut vardı, BNA yarananda ləğv etdi..." - GİLEY

Sahil qəsəbəsinin sakinləri Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət ediblər. 3200 nəfərin imzaladığı müraciətdə sakinlər paytaxtda getməkdə çətinlik çəkdiklərini, yalnız bir marşrut xəttinin olduğunu, onun da Bəylər Əyyubova məxsusluğunu qeyd ediblər.

DİA.AZ-ın məlumatına görə, sakinlər adından danışan Əli Əsədli bildirib ki, onlar BNA rəsmilərindən birinin ötən ilin sonunda ən çox narazı olan qəsəbələrə marşrut xətləri veriləcəyi haqda vədindən sonra kampaniyaya başlayıblar. 3200 nəfər sakinin imzaladığı müraciət BNA-ya təqdim edilib:

“Bizim müraciətə 1 ay sonra cavab verdilər ki, bununla bağlı müzakirələr aparılsa da, hələ marşrut verilməsi yaxın vaxtlarda görünmür. Ancaq ondan sonra BNA-nın mətbuat katibi Mais Ağayevlə əlaqə saxladıq, o, ötən ilin sonunda Sahil qəsəbəsinin marşrut xəttində ciddi dəyişikliklərin olacağını vəd etdi. Eyni zamanda, BNA “Facebook” səhifəsində bizə məlumat verdi ki, 2019-cu ilin sonuna kimi marşrut veriləcək. Amma il başa çatdı, vədlərini yerinə yetirmədilər”.

Əli Əsədli hazırda qəsəbəyə işləyən marşrut avtobuslarının köhnə və istifadə müddətinin başa vurduğunu qeyd edib:

“Bu avtobuslar da bir neçə dəfə qəza törədiblər. Əvvəl 197 saylı marşrut vardı, BNA yarananda ləğv etdi. Səbəb də göstərdilər ki, 125 saylı marşrutun xəttini təkrar edir. İndi 125 saylı marşrutu Lökbatan qəsəbəsinə veriblər. Bununla məsələni qapatdılar, təəssüf ki, yenidən qurumun “Facebook” səhifəsinə müraciət etsək də, yenilik olmadığını söylədilər. Halbuki, bizə ötən ilin sonunda xətt açılacağını vəd etmişdilər”.DİA.AZ
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz