Bakıda yeni yaşayış binasında aparılan tikinti işləri hər kəsin təəccübünə səbəb olub.
Unikal.org xəbər verir ki, paytaxtın Suraxanı rayonu Günəşli qəsəbəsində yerləşən 15 mərtəbəli yaşayış binasının üzərində əlavə olaraq, artırma işləri aparılır. Belə ki, V massivdə yerləşən binanın üzərində əlavə olaraq iki mərtəbənin tikilməsi üçün işlər aparılır. Buna da səbəb tikintini aparan "Badü-Kübe" MTK rəhbərliyinin bir evi 2-3 şəxsə satması səbəb olub. Sahibkar bununla zərərçəkmiş şəxslərə vurduğu maddi zərəri ödəyəcəyini düşünür.