Axtarış...

Dövlət Xidməti: Bəzi rayonlarda səbəb göstərilmədən, ehtiyac olmadığı halda söküntü və təmir işləri aparılır

Dövlət Xidməti: Bəzi rayonlarda səbəb göstərilmədən, ehtiyac olmadığı halda söküntü və təmir işləri aparılır

Bəzi rayonlarda səbəb göstərilmədən, ehtiyac olmadığı halda söküntü və təmir işləri aparılır.

Millitv.Az bildirir ki, Azərbaycan Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu fakt Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2018-ci ilin birinci yarısında aparılan nəzarəti tədbirləri nəticəsində aşkar olunub.

Aparılan yoxlamalarla müəyyən edilib ki, yerli icra hakimiyyətlərində yeni təyin edilən rəhbərlik tərəfindən keçmiş rəhbərliyin fəaliyyəti dövründə aparılan təmir və tikinti işləri heç bir sənədləşmə işi aparılmadan, yəni səbəbi göstərilmədən sökülür və ya ehtiyac olmadığı halda onların üzərindən yenidən təmir işləri aparılır və bu da büdcə vəsaitinin səmərəsiz xərclənməsinə, habelə əvvəlki rəhbərlik tərəfindən həmin işlərə xərclənən vəsaitlərin nəzarət tədbirlərindən kənarda qalmasına gətirib çıxarır.

Eyni zamanda, araşdırmalar zamanı yerli icra hakimiyyəti orqanlarında və onların təsisçiliyi ilə yaradılan xidmət qurumlarında uçot və hesabat işlərinin lazımi səviyyədə təşkil edilmədiyi, təsərrüfat əməliyyatlarına çox hallarda müxabirləşmələrin verilmədiyi, yəni onların uçotda əks etdirilməsinin təmin olunmadığı, balans hesablarının analitik uçotunun aparılmadığı, bəzi hallarda isə əsas vəsaitlərə köhnəlmələrin hesablanmadığı müəyyən edilib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz