Axtarış...

"Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edən Nərmini hansı cəza gözləyir?"-Hüquqşünas rəyi

Xəbər verdiyimiz kimi, ötən il dekabrın 5- də sosial şəbəkədə yazdığı statusla Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edən psixoloq Nərmin Şahmarzadənin məhkəmə prosesi davam edir. Maraqlıdır, torpaq uğrunda canını fəda etmiş şəxsə qarşı deyilən bu təhqirlərə görə Cinayət Məcəlləsində nə qədər cəza müəyyənləşə bilər?
Sonxeber.az məsələ ilə bağlı hüquqşünas Vamiq Şükürovun fikirlərini öyrənib. Vəkil bu barədə iki versiyanın olduğunu vurğulayıb:
"Mən hesab edirəm ki, burada iki fikir var. Bu fikirlərdən biri Nərminin Mübariz İbrahimovu təhqir etməsi ilə bağlı cinayət törətdiyini və cəzalandırılmalı olmasını özündə əks etdirir, ikinci fikir isə buna ifadə azadlığı kontekstindən baxmaqdır. Təbii ki, bunun nə qədər olaraq hüquqi varisi incidib- incitməməyi, ona mənəvi əzab verib- verməməsi, həqiqətən Mübariz İbrahimovun şərəf və ləyaqətəni təhqir edib- etmədiyini müəyyənləşdirmək sırf məhkəmənin səlahiyyətindədir. Mənim ümumi fikrimə görə, hər hansısa bir şəxs belə deyək ki, hər hansısa bir şəxsi Milli Qəhrəman hesab etmədiyini mədəni və normal formada ifadə edirsə, burada hər hansısa hüquq pozuntusu yoxdur. Yəni, bu ifadə azadlığıdır".
Vəkil onu da əlavə edib ki, şəxs əgər bu sözləri ifadə edərkən orda kiminsə şərəf və ləyaqətini xüsusi olaraq alçaldılan sözlərdən istifadə edilibsə, artıq burda hüquq pozuntusu ola bilər. Vamiq Şükürov açıqlamasına həmçinin cinayət Məcəlləsində belə "təhqir"-ə gərə cəzanın müddət və dərəcəsini də əlavə edib:
"Dövlət tərəfindən təyin olunan Milli Qəhrəman ünvanı kimlərə verilir, Milli Qəhrəman hansı işlərəi görənlərə deyilir hər hansa şəxs bu anlayışı qəbul etməyə də bilər. Ola bilər Nərmin xanım Milli Qəhrəman anlayışını qəbul etməsin və yaxud da qəbul etsin, amaa onu başqa mənada başa düşşün. Cinayət Məcəlləsinin 148- ci maddəsində təhqirə görə 1000 manatdan 1500 manata qədər cərimə və ya 240 saatdan 480 saata qədər ictimai işlər, bir ilədək islah işləri və ya 6 ay müddətində azadlıqdan məhrum etmə kimi cəza müəyyənləşə düşə bilər".
Vəkil məsələnin ictimai müzakirəsinin səhv aparıldığını iddia edərək jurnalistləri də qınayıb:
Mən təəssüf edirəm ki, bu işdə indiyənədək aparılan müzakirələr ictimaiyyət tərəfindən səthi aparılır. Yəni, ictimai müzakirə səthi, məhkəmə öz qaydasında gedir. Səhf etmirəmsə, bu açıq məhkəmə iclası idi, yəni jurnalistlər də burada iştirak edə bilərdi. Bundan sonra ictimai müzakirəsi aparılıb, bununla bağlı verilişdə çıxış ola bilər, mövqelər öyrənilə bilərdi".
Qeyd edək ki, Xətai rayon Məhkəməsində Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın psixoloq Nərmin Şahmarzadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılması ilə məhkəmə işi yekunlaşıb. Şikayətə əsasən psixoloqun Milli Qəhrəmanı təhqir etdiyinə görə 3 ilədək azalıqdan məhrum edilməsi istənilmişdir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz