Axtarış...

Azərbaycanlı yazıçının romanı “İlin ən çox satılan kitabları” siyahısında...



Azərbaycanlı yazıçı Elçin Səfərlinin “İşıq yanan ev” romanı “Forbes Rossiya” jurnalının “İlin ən çox satılan kitabları” siyahısına daxil edilib.

AZƏRTAC xəbər verir ki, Rusiyanın “ACT” nəşriyyatında bu ilin iyun ayında çapdan çıxmış romanın indiyədək 41 min 300 nüsxəsi, eləcə də 1109 elektron variantı satılıb. Jurnalın Azərbaycan yazıçısına aid təqdimatında soydaşımızın yaradıcılığı yeniyetmələrin həvəs göstərdiyi “hygge” anlayışı ilə Paolo Koelo üslubunun qarışığı adlandırılır, Elçin Səfərlinin kitablarında sadə dildə yazılmış sevgi hekayələrinin dənizin səsi, qəhvə qoxusu, isti küləyə büküldüyü deyilir.

Bütövlükdə 12 kitabın yer aldığı reytinqdə birinci yeri yunan yazıçısı Aleks Mikaelidesin “Susqun pasiyent” əsəri tutur. Kitabın bu il 89,4 min nüsxəsi satılıb. İkinci və üçüncü yerləri Rusiya yazıçısı Dina Rubina və norveçli Yu Nesbyo bölüşdürülər.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz