Axtarış...

Ötən il dünyada ən çox bu avtomobillər satılıb

Ötən il dünyada ən çox bu avtomobillər satılıb

Almaniyanın "Volkswagen AG" konserni dünyada ən iri avtomobil istehsalçıları siyahısında liderliyini qoruyub. Millitv.az "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, şirkət ardıcıl üç ildir birinci yerini qoruyur. "Volkswagen" 2018-ci ildə 10,8 milyon maşın satıb ki, bu da ötən illə müqayisədə 0,9% çoxdur.

Statistikada eyniadlı brendlə yanaşı, "Audi", "Bentley", "Bugatti", "Porsche", "Lamborghini", SEAT, "Skoda" markalı minik və idman avtomobillərinin, eləcə də MAN və "Scania" markalı yük maşınlarının satışı nəzərə alınıb. İkinci yerdə Yaponiyanın "Toyota" korporasiyası qərarlaşıb. Şirkətin satışları ötən il 2% artaraq 10,6 milyon maşınadək çatıb. Digər yapon avtokonserni "Nissan" 5,65 milyon avtomobil satdığını açıqlayıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz